Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Hərbi nəzakət və hərbi qulluqçuların davranışı haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   5   6   7   8   9   10   11   12   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Hərbi nəzakət və hərbi qulluqçuların davranışı haqqında 
 
38.  Hərbi  qulluqçular  bir-birinə  münasibətdə  həmişə  nəzakətli  və  təmkinli 
olmalıdırlar.  Vəzifəsindən  asılı  olmayaraq,  hərbi  qulluqçular  xidmət  məsələləri  üzrə 
bir-birinə «Siz» deyə müraciət etməlidirlər. 
Hərbi  qulluqçular  bir-birinə  şəxsən  müraciət  etdikdə,  qoşun  yaxud  xidmət 
növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. 
Rəislər  və  böyüklər  tabeliklərində  olanlara  və  kiçiklərə  xidmət  üzrə  müraciət 
etdikdə, onların hərbi rütbəsini və soyadını və ya ancaq hərbi rütbəsini (bu halda hərbi 
rütbədən qabaq «yoldaş» sözünü əlavə etməklə) deməlidirlər. 
Məsələn:  «Əsgər  Həsənov»,  «Yoldaş  əsgər»,  «Çavuş  Babayev»,  «Yoldaş  çavuş», 
«Gizir  Səmədov»,  «Yoldaş  gizir»,  «Miçman  İbrahimov»,  «Yoldaş  miçman»,  «Baş 
leytenant Zeynalov», «Yoldaş baş leytenant», «Yoldaş mayor», «Yoldaş general-mayor» 
və s. 
Gizir,  miçman,  çavuş  rütbəsi  olmayan  hərbi  təhsil  məktəblərinin  və  həmçinin 
tədris  hissələrinin  kursantlarına  «Kursant  Əliyev»,  «Yoldaş  kursant»  kimi  müraciət 
edilməlidir. 
Tabelikdə  olanlar  və  kiçiklər  öz  rəislərinə  və  böyüklərinə  müraciət  etdikdə, 
onların  hərbi  rütbəsini  deməli  və  hərbi  rütbənin  qabağına  «yoldaş»  sözü,  qvardiya 
hərbi hissələrində isə «yoldaş qvardiya» sözləri əlavə etməlidirlər. 
Məsələn:  «Yoldaş  baş  əsgər»,  «Yoldaş  baş  çavuş»,  «Yoldaş  gizir»,  «Yoldaş 
qvardiya leytenantı», «Yoldaş mayor», «Yoldaş 1-ci dərəcəli kapitan», «Yoldaş general-
mayor», «Yoldaş kontradmiral» və s. 
39.  Hərbi  qulluqçular  sırada  olmayanda  bir-birinə  müraciət  etdikdə,  həmçinin 
əmr  alanda  və  əmr  verəndə  farağat  vəziyyətində  olmalı,  baş  geyimində  olanda  isə 
əllərini baş geyimlərinə yapışdırıb sonra aşağı salmalıdırlar. 
Raport verdikdə və ya raport qəbul etdikdə, hərbi qulluqçu raport qurtardıqdan 
sonra əlini aşağı salmalıdır. Əgər raportdan qabaq «Farağat» komandası verilmişdirsə, 
onda  raport  verən  əlini  baş  geyimindən  yalnız  «Azad»  komandası  verildikdən  sonra 
aşağı salmalıdır. 
40.  Hərbi  qulluqçu  komandirin  (rəisin)  və  ya  böyüyün  yanında  başqa  hərbi 
qulluqçuya  müraciət  etmək  üçün  komandirdən  (rəisdən)  və  ya  böyükdən  icazə 
almalıdır. 
Məsələn: «Yoldaş polkovnik, icazə verin, kapitan Abdullayevə müraciət edim». 
41.  Rəisin  və  ya  böyüyün  sualına  təsdiq  cavabı  vermək  lazım  gəldikdə  «Bəli», 
inkar cavabı vermək lazım gəldikdə isə «Xeyr» deyilməlidir. 


42.  Hərbi  qulluqçular  həmişə  yüksək  mədəniyyət,  təvazökarlıq  və  təmkinlik 
nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. 
Hərbi  qulluqçu  ictimai  yerlərdə,  həmçinin  tramvayda,  trolleybusda,  avtobusda, 
metroda, şəhərətrafı qatarlarda içəri daxil olan rəisə və ya böyüyə əsgəri salam verməli, 
əgər boş yer yoxdursa, ona öz yerini təklif etməlidir. 
Əgər üz-üzə gəldikdə rəislə (böyüklə) sərbəst şəkildə bir-birinin yanından keçib 
getmək mümkün deyildirsə, onda tabe olan (kiçik) qarşıdan gələn rəisə (böyüyə) əsgəri 
salam verməklə, ona yol verməlidir. Əgər rəisi (böyüyü) ötüb keçmək lazımdırsa, hərbi 
qulluqçu rəisdən (böyükdən) icazə almalıdır. 
Hərbi  qulluqçu  dəmiryol  (su  yolu)  hava  nəqliyyatında  gedərkən  vaqondan, 
kayutadan və təyyarədən çıxanda hərbi forma üzrə geyinməlidir. 
Hərbi  qulluqçular  mülki  əhaliyə  qarşı  nəzakətli  olmalı,  vətəndaşların  şərəf  və 
ləyaqətinin  qorunmasına,  ictimai  qayda-qanunun  saxlanmasına  yardım  etməli, 
həmçinin  bədbəxt  hadisə,  yanğın  və  təbii  fəlakət  zamanı  əhaliyə  kömək 
göstərməlidirlər. 
43. Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün 
icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır. 
Hərbi qulluqçunun xidmət yerində və ictimai yerlərdə sərxoş vəziyyətdə olması 
yolverilməzdir. Bu hal baş verirsə, o, hərbi qulluqçu şərəfini və ləyaqətini ləkələyir və 
buna görə ciddi məsuliyyətə cəlb edilməlidir. 
Hərbi  qulluqçular  küçədə  və  ya  icazə  verilməyən  yerlərdə  papiros  çəkməkdən 
özlərini saxlamalıdırlar. 
44.  Generallara,  admirallara,  zabitlərə,  gizirlərə  və  miçmanlara  və  həmçinin 
müddətindən  artıq  xidmət  çavuşlarına  hərbi  hissədən  kənarda,  ancaq  işdə  olmadığı 
vaxt mülki paltar geyməyə icazə verilir. 
45.  Ehtiyatda  və  istefada  olan,  lakin  hərbi  forma  geymək  hüququna  malik  olan 
gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi nəzakət, davranış və hərbi 
salamlaşma  qaydalarına  ciddi  riayət  etməlidirlər.  Onlar  geyindikləri  hərbi  formanın 
səliqəsinə ciddi fikir verməlidirlər. 
 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin