Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Alay (briqada) komandirinin müavini 66. Alay (briqada) komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə
və keyfiyyətlə aparılmasına, maddi tədris bazasının yaradılmasına, daim
təkmilləşdirilməsinə və həmişə saz saxlanmasına, kütləvi idman işlərinə, həmçinin
alayda (briqadada) daxili qayda-qanunun və hərbi intizamın yüksək səviyyədə
saxlanmasına cavabdehdir. O, alay (briqada) komandirinə tabedir, onun birinci
müavinidir, bütün şəxsi heyətin birbaşa rəisidir. Alay (briqada) komandiri yerində
olmayanda, onun vəzifələrini yerinə yetirməlidir.
67. Alay (briqada) komandiri müavininin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək;
zabitlərlə və gizirlərlə məşğələlər, həmçinin alayın (briqadanın) bölmələri ilə
təlim və yoxlama məşğələləri keçirmək;
zabitlərin, gizirlərin və bölmə baş çavuşlarının işgüzarlıq və mənəvi
keyfiyyətlərini bilmək;
alayda (briqadada) fiziki hazırlıq və idman işlərinə rəhbərlik etmək;
alay (briqada) bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlamaq,
aşkar edilən çatışmazlıqları aradan qaldırmaq, bölmə komandirlərinə məşğələlərin
təşkilində və aparılmasında kömək etmək;
məşğələlər, təlimlər, atışlar və uçuşlar zamanı təhlükəsizlik tədbirlərinə riayət
edilməsini yoxlamaq;
maddi tədris bazası obyektlərinin hazırlanması və təkmilləşdirilməsi işlərinə
rəhbərlik etmək;
alay (briqada) bölmələrinin döyüş hazırlığının maddi vasitələr, tədris və əyani
vasitələrlə vaxtında təmin olunmasına və onların uçota alınıb saxlanmasına nəzarət
etmək;
gizir və müddətindən artıq xidmət çavuşu vəzifələrinə hərbi xidmətə götürülmək,
eləcə də hərbi təhsil müəssisələrinə göndərilmək üçün namizədlərin seçilməsinə
rəhbərlik etmək;
alayda (briqadada) səmərələşdirmə və ixtiraçılıq işlərinə rəhbərlik etmək;
sutkalıq naryadın hazırlanmasını və onun öz xidmətini yerinə yetirməsini,
həmçinin alay (briqada) və onun bölmələrində qayda-qanuna riayət edilməsini həftədə
bir dəfədən az olmayaraq yoxlamaq.