ehtiyat hissələrini, park avadanlığını və digər zirehli tank və avtomobil əmlakını
vaxtında tələb etmək, onların alınmasını, saxlanmasını, alayın (briqadanın) bölmələrinə
verilməsini və onlardan düzgün istifadə olunmasını təşkil etmək;
zirehli tank və avtomobil texnikasını fəlakətlərdən, qəzalardan, sınıb-qırılmaqdan
və digər hadisələrdən qorumaq, bunların səbəblərini aşkarlamaq və təhlil etmək; döyüş
texnikası və digər texnikanın işə hazırlığı və istismarı zamanı təhlükəsizliyi təmin
etmək və yanğına qarşı tədbirlər həyata keçirmək;
alayda (briqadada) olan zirehli tank və avtomobil texnikasının sayını və texniki
vəziyyətini bilmək, müəyyən edilmiş uçot və hesabatın aparılmasını təşkil edib ona
nəzarət etmək;
Ştatla komandirin texniki hissə üzrə müavini vəzifəsi nəzərdə tutulmayan hərbi
hissələrdə bu vəzifəni hərbi hissənin avtomobil xidməti rəisi yerinə yetirməlidir. O,
hərbi hissə komandirinə tabedir, tabeliyində olan bölmələrin və xidmətlərin birbaşa
rəisidir.
Dostları ilə paylaş: