III fəsil. Vəzifəli şəxslərin, əsgər və matrosların vəzifələri
Alay (briqada) komandiri
63. Alay (briqada) komandiri sülh və müharibə dövründə: alayın (briqadanın)
döyüşə və səfərbərliyə hazırlığına; şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına;
tərbiyəsi, mənəvi vəziyyəti və hərbi intizamına; alayda (briqadada) silahların, döyüş
texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və başqa maddi
vasitələrin qorunub saxlanmasına; alayın (briqadanın) döyüş tapşırıqlarını
müvəffəqiyyətlə yerinə yetirməsinə; alayın (briqadanın) maddi, texniki, tibbi, ticarət-
məişət və pul vəsaiti ilə təmin olunmasına görə tam məsuliyyət daşımalıdır. Alay
(briqada) komandiri alayın (briqadanın) bütün şəxsi heyətinin birbaşa rəisidir.
64. Alay (briqada) komandirinin vəzifəsidir:
alayın (briqadanın) şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına və
tərbiyəsinə rəhbərlik etmək, döyüş tapşırıqlarını yerinə yetirəndə isə alayı (briqadanı)
bacarıqla idarə etmək;
taborlarla təlim məşğələləri keçirmək, alay (briqada) qərargahının hazırlığı ilə
məşğul olmaq, tabor komandirləri və onların müavinləri, qoşun və xidmət növlərinin
rəisləri ilə məşğələlər, həmçinin alayın (briqadanın) bölmələri ilə yoxlama məşğələləri
keçirmək;
alayın (briqadanın) səfərbərlik planının işlənib hazırlanmasına rəhbərlik etmək;
alayda (briqadada) günün nizam və möhkəm daxili nizam-intizam qaydaları
müəyyən etmək və onları saxlamaq;
bölmələrdə olan zabitlərin, gizirlərin və çavuşların işgüzar və mənəvi
keyfiyyətlərini bilmək;
yeni gələnlərin bölmələr (komandalar, döyüş hissələri) arasında
bölüşdürülməsinə rəhbərlik etmək və onlara 4 saylı əlavədə göstərilən qaydada hərbi
and içdirmək;
gizir (miçman) və müddətindən artıq xidmət çavuşu vəzifələrinə hərbi xidmətə
götürülmək üçün, eləcə də hərbi təhsil müəssisələrinə göndərilmək üçün seçilmiş
namizədləri yoxlamaq;
həftəlik ərzaq bölgüsünə baxıb onu təsdiq etmək, verilən xörəyin keyfiyyətinə və
miqdarına gündəlik nəzarəti təşkil etmək, hazırlanan xörəklərin keyfiyyətini həftədə
bir dəfə şəxsən yoxlamaq;
silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və
digər maddi vasitələrin qorunması, saz saxlanması və onlardan düzgün istifadə
edilməsi üçün tədbirlər görmək, vaxtaşırı onların yerində olmasını, vəziyyətini və
döyüşə hazırlığını yoxlamaq;
silahları, döyüş texnikasını və digər texnikanı ildə ən azı iki dəfə texniki baxışdan
keçirmək, nəticələrini alay (briqada) üzrə verilən əmrdə elan etmək;
cinayətlərin və hadisələrin qarşısını alan tədbirlər görmək; cinayət törədiləndə və
yaxud hadisə baş verəndə dərhal böyük komandirə (rəisə) məlumat vermək, hərbi
prokurora məlumat verərək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq icra
hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi
qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə
cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının
təhqiqatçıları tərəfindən yerinə yetirilir);
2
insan tələfatına səbəb olan və ya digər ağır nəticələrə gətirib çıxaran fəlakətlərin
və başqa bu cür hadisələrin araşdırılmasında şəxsən iştirak etmək;
silahlar, döyüş texnikası və digər texnika, döyüş sursatı və digər vasitələrlə
işlədikdə, məşğələlər, atış, uçuş və təlimlər aparıldıqda, təhlükəsizlik tədbirləri
müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək;
alayın (briqadanın) şəxsi heyətinin, silahların, döyüş texnikası və digər
texnikanın, döyüş sursatının və digər maddi vasitələrinin kütləvi qırğın silahlarından
mühafizə tədbirlərini təşkil edib həyata keçirmək;
alayın (briqadanın) maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
alayın (briqadanın) kazarma-mənzil fondunun və digər bina və tikililərinin
yerləşdiyi ərazinin səliqə-sahmanına və onlardan düzgün istismar olunmasına,
həmçinin alayda (briqadada) yanğından mühafizənin vəziyyətinə diqqət yetirmək;
alayda (briqadada) müəyyən edilmiş silah, döyüş sursatı və əmlak ehtiyatını
saxlamaq;
alayın (briqadanın) yerləşdiyi ərazinin mühafizəsini təşkil etmək, qarovul və
daxili xidmətlərin yerinə yetirilməsini, həmçinin hauptvaxtda həbsə alınanların
saxlanılmasını yoxlamaq;
xidmətlər üzrə maddi vasitələrin, həmçinin alayın (briqadanın) pul vəsaitinin və
qiymətli kağızlarının yerində olmasının planlı və qəfildən yoxlanmasını aparmaq.
65. Alay (briqada) komandiri hər gün nizami hissə üzrə, zəruri hallarda döyüş və
ictimai hazırlıq, arxa xidməti, texniki hissə və raket-artilleriya silahları xidməti üzrə
ayrı-ayrılıqda yazılı əmrlər verir.
Nizami hissə, döyüş və ictimai-siyasi hazırlıq üzrə verilən əmrləri alay (briqada)
komandiri və qərargah rəisi imzalamalıdırlar.
Arxa xidməti, texniki hissə və raket-artilleriya silahları xidməti üzrə əmrləri alay
(briqada) komandiri, müvafiq olaraq arxa xidməti, texniki hissə üzrə komandir
müavinləri və alayın (briqadanın) raket-artilleriya silahları xidməti rəisi
imzalamalıdırlar.
Dostları ilə paylaş: |