Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   10   11   12   13   14   15   16   17   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) qərargahı rəisi 
 
70. Alay (briqada) qərargahı rəisi sülh və müharibə dövründə: 
alay  (briqada)  bölmələrinin  idarə  olunmasının  təşkilinə  və  saxlanmasına;  alayın 
(briqadanın) döyüşə və səfərbərliyə hazırlığına; alayın  (briqadanın) döyüş və ictimai-
siyasi  hazırlığının  planlaşdırılmasına;  qərargahın  və  alayın  (briqadanın)  idarə 
edilməsini  təmin  edən  bölmələrin  hazırlanmasına;  qərargahın  və  bilavasitə  ona  tabe 
olan  bölmələrin  şəxsi  heyətinin  hərbi  intizamına  və  tərbiyəsinə;  alayın  (briqadanın) 
şəxsi  heyətinin,  silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  döyüş  sursatının 
uçotunun vəziyyətinə cavabdehdir.  
Qərargah  rəisi  alay  (briqada)  komandirinə  tabedir,  onun  birinci  müavinidir.  O, 
alayın (briqadanın) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
Qərargah rəisi alay (briqada) komandirinin qərarlarını həyata keçirərkən, zəruri 
hallarda  alay  (briqada)  komandiri  adından  tabeliyində  olanlara  sərəncamlar  (əmrlər) 


vermək hüququna malikdir. Bu sərəncamların (əmrlərin) ən əhəmiyyətliləri haqqında 
o, alay (briqada) komandirinə məlumat verməlidir. 
71. Alay (briqada) qərargahı rəisinin vəzifəsidir: 
qərargahın  işini  təşkil  edib  ona  gündəlik  rəhbərlik  etmək;  qoşun  və  xidmət 
növləri rəislərinin işlərini əlaqələndirmək;  
alay  (briqada)  bölmələrindəki  həqiqi  vəziyyəti  və  durumu,  həmçinin  onlara 
verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq;  
alay  (briqada)  komandirinin  göstərişi  ilə  alayın  (briqadanın)  döyüş  və  ictimai-
siyasi hazırlıq planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarət etmək;  
səfərbərlik planını işləyib hazırlamaq və bu işi görməyə icazə verilmiş şəxslərin 
səfərbərlik işinə rəhbərlik etmək;  
alay  (briqada)  komandirinə  bilavasitə  tabe  olan  vəzifəli  şəxslər  və  qərargah 
zabitləri ilə bölmələrin və xidmətlərin vəziyyətini yoxlama planını işləyib hazırlamaq;  
alayda  (briqadada)  rabitəni  təşkil  etmək  və  alayın  (briqadanın)  şəxsi  heyəti 
tərəfindən gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək;  
alay (briqada) komandirinin və böyük komandirlərin (rəislərin) verdikləri bütün 
əmr və sərəncamların bölmə və xidmətlərə düzgün və vaxtında çatdırılmasını, onların 
icrasının yoxlanmasını təşkil etmək; ən vacib sərəncamları şəxsən çatdırmaq və icrasını 
yoxlamaq;  
alay  (briqada)  qərargahı  zabitləri  ilə  məşğələlər  aparmaq,  tabor  qərargahlarının 
və  alayı  (briqadanı)  idarəetmə  bölmələrinin  hazırlığına  rəhbərlik  etmək,  həmçinin 
alayın (briqadanın) rabitə vasitələrinin vəziyyətini və döyüşə hazırlığını yoxlamaq;  
zabitlərin,  gizirlərin,  bölmələrin  başçavuşlarının,  həmçinin  qərargahdakı  bütün 
çavuşların  və  qərargaha  bilavasitə  tabe  olan  bölmələrin  işgüzarlığını  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
alaya (briqadaya) yeni gələn hərbi qulluqçuları bölmələr arasında bölüşdürmək;  
alay (briqada) bölmələrinin döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq;  
alayın  (briqadanın)  Döyüş  Bayrağının,  vımpellərinin  və  onların  sənədlərinin 
düzgün mühafizəsini və saxlanmasını təşkil etmək;  
alayda (briqadada) qarovul xidmətinin və daxili xidmətin hazırlanmasının yerinə 
yetirilməsini təşkil etmək və ona nəzarət etmək;  
alayda (briqadada) olan şəxsi heyətin sayını, silahın, döyüş texnikasının və digər 
texnikanın, döyüş sursatlarının, yanacağın və başqa maddi vasitələrin sayını və onların 
vəziyyətini həmişə bilmək, həmçinin onların gündəlik uçotunun aparılmasına rəhbərlik 
etmək;  
naryada  getməzdən  qabaq  alay  (briqada)  növbətçisinə,  nəzarət-buraxılış 
məntəqəsi növbətçisinə və alay (briqada) qərargahı növbətçisinə, həmçinin ezamiyyətə 
gedən  bölmə  komandirlərinə  (komanda  rəislərinə)  təlimat  vermək  və  bu  bölmələrin 
(komandaların) zəruri olan hər şeylə təmin olunmasını yoxlamaq;  
yuxarı qərargaha lazımi məlumatı vaxtında vermək;  
alayın (briqadanın) tarixi formulyarını aparmaq;  


bilavasitə  tabeliyində  olan  bölmələrdə  silahların,  döyüş  texnikasının  və  digər 
texnikanın,  cihazların,  rabitə  vasitələrinin  və  əmlakın  sayını,  onların  vəziyyətini  və 
saxlanma  qaydalarına  əməl  edilməsinin  üç  ayda  bir  dəfədən  az  olmayaraq 
yoxlanmasını təşkil etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin