alayda (briqadada) olan silahların və döyüş sursatının sayını və texniki
vəziyyətini bilmək, xidmət üzrə uçot və hesabat işləri aparmaq;
alaya (briqadaya) gətiriləcək silahların, döyüş sursatının və əmlakın vaxtında
tələb edilməsini, alınmasını, nəzərdən keçirilməsini və bölmələrə verilməsini təşkil
etmək;
öz xidməti üzrə şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
silahların, döyüş sursatının və əmlakın artilleriya anbarında düzgün
saxlanılmasını təşkil etmək, alayın (briqadanın) bölmələrində onların sayına və
vəziyyətinə nəzarət etmək; ildə iki dəfədən az olmayaraq, onların texniki vəziyyətlərini
yoxlamaq, yoxlamanın nəticələri haqqında akt tərtib etmək və həmin akta əsasən alay
(briqada) üzrə əmr verdirmək;
silahların təmirini planlaşdırmaq, texniki xidmətini vaxtında aparmaq, onların
təmirə göndərilməsini və geri alınmasını təşkil etmək, təmirin vaxtında və keyfiyyətlə
aparılmasını yoxlamaq;
alayın (briqadanın) təmir emalatxanasının işinə rəhbərlik etmək, silahları təmir
etmək üçün emalatxananı materiallar, xüsusi alətlər və avadanlıqla təmin etmək;
alayın (briqadanın) zabitləri və gizirləri ilə silahların döyüş sursatlarının
öyrənilməsi, onların istismar qaydaları və həmçinin alay (briqada) bölmələri ilə öz
ixtisası üzrə məşğələlər aparmaq;
bölmələrdə olan silahların və döyüş sursatının atışa hazırlığını təşkil etmək və
yoxlamaq; atışlarda silahların, döyüş sursatının sərf edilməsi və qeyri-normal işlənməsi
hallarının uçotunu aparmaq;
təlim atışlarından sonra dərhal bölmələrdən gilizlərin, nasaz döyüş sursatlarının
alınmasını və həmçinin partlamamış minaların, mərmilərin və qumbaraların
Dostları ilə paylaş: