Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) tibb xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   20   21   22   23   24   25   26   27   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

Alayın (briqadanın) tibb xidməti rəisi 
 
88.  Alayın  (briqadanın)  tibb  xidməti  rəisi  sülh  və  müharibə  dövründə:  alayın 
(briqadanın) tibbi təminatının təşkilinə, alay (briqada) şəxsi  heyətinin öz  ixtisası üzrə 
hazırlığına; alayın (briqadanın) tibb məntəqəsinin vəziyyətinə və işinə; tibb xidmətinin 
döyüşə və səfərbərliyə hazırlığına, bu xidmətin şəxsi heyətinin döyüş və ictimai-siyasi 
hazırlığına,  tərbiyəsinə,  hərbi  intizamına  və  mənəvi  vəziyyətinə  cavabdehdir.  O,  alay 
(briqada) komandirinə tabedir, tibb xidməti şəxsi heyətinin birbaşa rəisidir. 
89. Alay (briqada) tibb xidməti rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
alayın  (briqadanın)  tibb  məntəqəsi  şəxsi  heyətinin  döyüş  və  ictimai-siyasi 
hazırlığına,  alayın  (briqadanın)  şəxsi  heyətinin  öz  ixtisası  üzrə  hazırlığına,  həmçinin 
alayda (briqadada) sanitar maarifi işlərinə rəhbərlik etmək;  
alayın  (briqadanın)  zabitləri  və  gizirləri,  həmçinin  bölmələrin  tibbi  heyəti  ilə  öz 
ixtisası üzrə məşğələlər aparmaq;  
tibb xidməti şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
alayda (briqadada) müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlər görmək, 
sanitar-gigiyena  tələblərinin  yerinə  yetirilməsinə  nəzarət  etmək;  alay  (briqada)  döyüş 
tapşırıqlarını yerinə yetirərkən yaralılara və xəstələrə vaxtında tibbi yardımı və onların 
təxliyəsini təşkil etmək;  
alay (briqada) şəxsi heyətinin tibbi müayinəsini təşkil etmək, ambulator qəbulda 
iştirak  etmək,  alay  (briqada)  tibb  məntəqəsində  olan  və  müalicə  müəssisələrinə 
göndərilən xəstələrə baxmaq; vəziyyətlərini bilmək və onlara vaxtaşırı baş çəkmək;  
alay  (briqada)  şəxsi  heyətinin  döyüş  hazırlığı  məşğələləri  və  idman  tədbirləri 
zamanı tibbi təminatı təşkil etmək;  
alay  (briqada)  şəxsi  heyətinin  fiziki  hazırlığına  tibbi  nəzarəti  həyata  keçirmək
bədən  tərbiyəsi  və  idman  rəisi  ilə  birlikdə  şəxsi  heyətin  fiziki  inkişafının  və 
sağlamlığının yaxşılaşması üzrə tədbirlər hazırlamaq;  
qidalanma  rejiminin  və  ərzağın  bölüşdürülməsi  tərtibatının  işlənib 
hazırlanmasında  iştirak  etmək;  şəxsi  heyətin  qidalanması  və  suyun  keyfiyyətliliyi 
üzərində müntəzəm tibbi nəzarəti həyata keçirmək;  
xroniki  xəstəliyi  olan  şəxslər  üzərində  daimi  tibbi  müşahidə  aparmaq  və 
müşahidənin nəticələrini bölmə komandirinə bildirmək; pəhriz yeməyinə ehtiyacı olan 
əsgər və çavuşlar haqqında alay (briqada) komandirinə məlumat vermək;  
alayın  (briqadanın)  yerləşdiyi  rayonun,  binaların  və  təsərrüfat  xidmətlərinin 
sanitar vəziyyətinə nəzarət etmək; şəxsi heyətin vaxtında çimməsinə, alt paltarlarının 
və yataq dəyişəyinin, dəsmal, corab və ayaq dolaqlarının dəyişilməsinə nəzarəti həyata 
keçirmək;  


alay (briqada) şəxsi heyətinin xəstələnmə hallarını analiz etmək, onun nəticələrini
xəstəliklərin  qarşısının  alınması  və  sanitar  vəziyyətin  yaxşılaşdırılması  təkliflərilə 
birlikdə hər ay alay (briqada) komandirinə təqdim etmək; alayın (briqadanın) epidemik 
vəziyyətinə mənfi təsir göstərə biləcək müdaxilə tələb edən yoluxucu xəstəliklər və ya 
hadisələr haqqında ona dərhal məlumat vermək;  
tibbi uçotu təşkil etmək və müəyyən edilmiş hesabatları vaxtında vermək;  
tibbi  əmlakı  almağa  sifarişləri  vaxtında  təqdim  etmək  və  alay  (briqada) 
bölmələrini onlarla təmin etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin