Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) kəşfiyyat rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   23   24   25   26   27   28   29   30   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) kəşfiyyat rəisi 
 
94. Alayın (briqadanın) kəşfiyyat rəisi sülh və müharibə dövründə; alay (briqada) 
şəxsi heyətinin öz ixtisası üzrə hazırlığına, döyüş tapşırıqlarını yerinə yetirən zaman isə 
alay (briqada) komandirini düşmən və ərazi haqqında məlumatla təmin etməyə, alayın 
(briqadanın)  kəşfiyyat  bölməsinin  döyüşə  və  səfərbərliyə  hazırlığına,  şəxsi  heyətin 
döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə 
cavabdehdir.  O,  alayın  (briqadanın)  qərargah  rəisinə  tabedir,  alayın  (briqadanın) 
kəşfiyyat bölməsinin şəxsi heyətinin birbaşa rəisidir. 
95. Alayın (briqadanın) kəşfiyyat rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
kəşfiyyat bölməsinin döyüş və ictimai-siyasi hazırlığına, həmçinin alay (briqada) 
şəxsi  heyətinin  öz  ixtisası  üzrə  hazırlığına  rəhbərlik  etmək;  döyüş  tapşırıqları  yerinə 
yetirilərkən  düşmən  və  ərazi  haqqında  məlumatlar  toplamaq,  təhlil  etmək, 
ümumiləşdirmək və onları vaxtında alay (briqada) komandirinə çatdırmaq;  
öz  ixtisası  üzrə  alayın  (briqadanın)  zabitləri  və  gizirləri,  həmçinin  kəşfiyyat 
bölməsi ilə məşğələlər və alay (briqada) bölmələri ilə yoxlama məşğələləri keçirmək;  
alayın  (briqadanın)  kəşfiyyat  bölməsi  şəxsi  heyətinin  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
alayın  (briqadanın)  kəşfiyyat  bölməsində  olan  silahların,  döyüş  texnikasının  və 
digər texnikanın vəziyyətini bilmək, bu silahlardan düzgün istifadə və onlara xidmət 
edilməsini  müntəzəm  yoxlamaq;  üç  ayda  bir  dəfədən  az  olmayaraq  alay  (briqada) 
bölmələrində  və  anbarlarında  olan  kəşfiyyat  texnikasının  və  silahlarının  vəziyyətini, 
qorunub saxlanmasını və uçotunu yoxlamaq;  
kəşfiyyat hazırlığı üzrə maddi-tədris bazasının yaradılması və təkmilləşdirilməsi 
işlərinə rəhbərlik etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin