Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) zirehli tank xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   25   26   27   28   29   30   31   32   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) zirehli tank xidməti rəisi 
 


98.  Alayın  (briqadanın)  zirehli  tank  xidməti  rəisi  sülh  və  müharibə  dövründə: 
alayın  (briqadanın)  tank  texniki  təminatına,  zirehli  tank  texnikasının  texniki 
vəziyyətinə,  ondan  texniki  cəhətdən  düzgün  istifadə  olunmasına,  ona  xidmət 
edilməsinə, onun saxlanmasına, təmirinə və təxliyəsinə; alay (briqada) şəxsi heyətinin 
öz ixtisası üzrə hazırlığına; zirehli tank xidmətinin döyüşə və səfərbərliyə hazırlığına; 
tabeliyində  olan  şəxsi  heyətin  döyüş  və  ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi 
intizamına və mənəvi vəziyyətinə cavabdehdir. O, alay (briqada) komandirinin texniki 
hissə üzrə müavininə tabedir, zirehli tank xidmətinin şəxsi heyətinin birbaşa rəisidir. 
99. Alayın (briqadanın) zirehli tank xidməti rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
alayın (briqadanın) zabitləri və gizirləri ilə öz ixtisası üzrə məşğələlər aparmaq;  
öz xidməti üzrə şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
zirehli  tank  texnikasının  döyüş  hazırlığına  gətirilməsi  və  müəyyən  edilmiş 
müddətlərdə parklardan çıxarılması tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;  
alayda  (briqadada)  olan  zirehli  tank  texnikasının  sayını  və  texniki  vəziyyətini 
bilmək,  bu  texnikadan  texniki  cəhətdən  düzgün  istifadə  edilməsini,  ona  vaxtında 
qulluq olunmasını, onun saxlanmasını, təmirini və təxliyəsini təşkil etmək;  
alaya  (briqadaya)  gətirilən  və  alaydan  göndərilən  zirehli  tank  texnikasını 
yoxlamaq;  
zirehli  tank  texnikasının  istismarını  planlaşdırmaq  və  iki  ayda  bir  dəfədən  az 
olmayaraq, onun texniki vəziyyətini yoxlamaq;  
park  avadanlığının  və  texniki  hazırlıq  üzrə  maddi-tədris  bazasının 
təkmilləşdirilməsi işlərinə rəhbərlik etmək;  
zirehli tank texnikası qəzasının, zədələnməsinin və sınmasının qarşısını almaq və 
onun  xidmət  vaxtının  uzadılması  üzrə  tədbirlər  görmək;  alayda  (briqadada)  zirehli 
tank texnikasının zədələnmələrinin uçotunu aparmaq;  
alayda  (briqadada)  olan  zirehli  tank  texnikasının  istismarı,  təmiri  və  təxliyəsi 
zamanı, həmçinin parkda və maşınlarda yanğına qarşı tədbirlər görərkən, təhlükəsizlik 
qaydalarına riayət edilməsini təmin etmək;  
zirehli tank texnikası əmlakını vaxtında tələb edib almaq və onun alay (briqada) 
anbarlarında  düzgün  saxlanmasını  təmin  etmək;  xidmət  üzrə  uçot  və  hesabat  işləri 
aparmaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin