Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Tabor (3-cü dərəcəli gəmi) komandirinin tərbiyə işləri üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə37/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   33   34   35   36   37   38   39   40   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tabor (3-cü dərəcəli gəmi) komandirinin tərbiyə işləri üzrə müavini 
 
115. Tabor (3-cü dərəcəli gəmi) komandirinin tərbiyə işləri üzrə müavini sülh və 
müharibə  dövründə:  taborda  (3-cü  dərəcəli  gəmidə)  tərbiyə  işinin  təşkilinə  və 
vəziyyətinə;  hərbi  qulluqçuların  əsgəri  tərbiyəsinə,  mənəvi  vəziyyətinin  və  hərbi 
intizamın  möhkəmləndirilməsinə;  taborda  (3-cü  dərəcəli  gəmidə)  döyüş  və  ictimai-
siyasi hazırlıq məsələlərinin həllində və döyüşə daimi hazırlığın saxlanılmasında, eləcə 
də  döyüş  tapşırıqlarının  yerinə  yetirilməsində  tərbiyə  işinin  təsirli  olmasına 
cavabdehdir.  O,  tabor  (3-cü  dərəcəli  gəmi)  komandirinə  tabedir  və  taborun  (3-cü 
dərəcəli gəminin) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
116.  Tabor  (3-cü  dərəcəli  gəmi)  komandirinin  tərbiyə  işləri  üzrə  müavininin 
vəzifəsidir: 
taborun (3-cü dərəcəli gəminin) döyüş və ictimai-siyasi  hazırlıq planının  işlənib 
hazırlanmasında iştirak etmək;  
tərbiyə  işini  döyüş  və  ictimai-siyasi  hazırlığın  müvəffəqiyyətlə  yerinə 
yetirilməsinə,  taborda  (3-cü  dərəcəli  gəmidə)  döyüşə  daimi  hazırlığın  saxlanmasına, 
döyüş tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının 
və mənəvi vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək;  
taborun  (3-cü  dərəcəli  gəminin)  şəxsi  heyətinin  Vətənə  hədsiz  sədaqət, 
Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına mütləq  riayət etmək, hərbi 
andın,  hərbi  nizamnamələrin  və  əmrlərin  tələblərini  qüsursuz  yerinə  yetirmək, 
komandirlərə (rəislərə) şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi 
üzrə iş aparmaq;  
hərbi  kollektivlərin  möhkəmlənməsi,  şəxsi  heyətin  dostluq  və  əsgəri  yoldaşlıq, 
döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, hərbi hissənin əsgəri şücaət, şərəf və şan 
simvolu olan döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq, 
taborun (3-cü dərəcəli gəminin) şəxsi heyətinin qəhrəmanlıq,  igidlik nümunələrini və 
nəcib hərəkətlərini geniş yaymaq;  


hərbi  qulluqçularda  Vətənimizin  düşmənlərinə  nifrət,  hər  hansı  şəraitdə,  nəyin 
bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə 
daim hazır olmaq hissini tərbiyə etmək;  
şəxsi  heyətdə  öz  hərbi  borcunu  qüsursuz  yerinə  yetirmək,  dövlət  sirrini  ciddi 
saxlamaq şüurunu tərbiyə etmək;  
qarovul  və  daxili  xidməti  (növbətçi  və  vaxta  xidmətini)  yerinə  yetirmək  üzrə 
ictimai-siyasi hazırlıq işini təşkil etmək;  
hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək 
və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi 
məsuliyyət hissi tərbiyə etmək;  
şəxsi heyətin hərbi vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının 
milli-tarixi  ənənələri  ruhunda  tərbiyəsi  məqsədi  ilə  taborda  (3-cü  dərəcəli  gəmidə) 
ictimai-siyasi  hazırlığı,  habelə  kütləvi  təbliğat  və  təşviqat,  mədəni-maarif  və  rəsmi 
məlumatlarının vaxtında çatdırılması işlərini təşkil etmək və aparmaq;  
ictimai-siyasi  hazırlıq  üzrə  qrup  rəhbərlərinin,  onların  köməkçilərinin  nəzəri  və 
metodik  hazırlığını,  bölmə  fəallarının  seçilməsini,  yerləşdirilməsini,  tərbiyəsini  və 
hazırlığını təşkil etmək;  
tabor (3-cü dərəcəli gəmi) zabitlərinin tərbiyə işlərinə rəhbərlik etmək, zabitlərin, 
gizirlərin  (miçmanların)  və  çavuşların  işgüzarlıq  və  mənəvi  keyfiyyətlərini  öyrənmək 
və  formalaşdırmaq;  zabitlərlə  tərbiyə  işini  şəxsən  aparmaq  və  onların  ictimai-siyasi 
hazırlığına  rəhbərlik  etmək;  zabitlərin,  gizirlərin  (miçmanların)  attestasiyasında  və 
hərbi təhsil müəssisələrinə namizədlərin seçilməsində iştirak etmək;  
şəxsi  heyətin  sağlamlığının,  qidalanmasının,  maddi-məişət  şəraitinin 
yaxşılaşdırılmasına  qayğı  göstərmək,  ehtiyac  və  tələblərinin  ödənilməsinin  təmin 
olunmasına səy göstərmək;  
texniki-təbliğat  vasitələrindən  və  digər  mədəni-maarif  əmlakından  düzgün 
istifadə olunmasını təşkil etmək;  
şəxsi heyətin ictimai-siyasi və mənəvi, hərbi intizamının vəziyyəti və bu sahədə 
keçirilən  tədbirlər  haqqında  vaxtında  tabor  (3-cü  dərəcəli  gəmi)  və  alay  (briqada) 
komandirinin tərbiyə işləri üzrə müavininə məlumat vermək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin