(gəmilər divizionu) komandirinə tabedir, bölüyün (gəminin) bütün şəxsi heyətinin
birbaşa rəisidir.
122. Bölük (4-cü dərəcəli gəmi) komandirinin vəzifəsidir:
bölükdə (gəmidə) döyüş və ictimai-siyasi hazırlığı təşkil etmək; məşğələ cədvəlini
tərtib etmək, bölüyün (gəminin) zabitləri, gizirləri (miçmanları) və çavuşları, həmçinin
bölmələri ilə məşğələlər aparmaq; döyüş tapşırıqlarını yerinə yetirəndə bölüyü
(gəmini) bacarıqla idarə etmək;
bölüyün (gəminin) şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini, həmçinin
bölüyün (gəminin) hər bir hərbi qulluqçusunun hərbi rütbəsini, soyadını, xidmət
müddətini,
tutduğu vəzifəsini, yaxud ixtisasını və ailə tərkibini bilmək;
bölüyün (gəminin) silahlarının, döyüş texnikası və digər texnikasının material
hissəsinin qorunub saxlanması və onlardan düzgün istifadə edilməsi qaydalarını
bilmək; onların sayını, vəziyyətini və döyüşə hazırlığını şəxsən yoxlamaq;
bölüyün (gəminin) əsgərləri (matrosları), çavuşları, gizirləri (miçmanları) və
zabitlərinin biliklərini və əməli vərdişlərini şəxsən yoxlamaq;
hərbi qulluqçuların düzgün yerləşdirilməsini, bölükdə (gəmidə) ciddi daxili
qayda-qanunun olmasını və intizama
riayət edilməsini saxlamaq;
bölük üçün ayrılmış yaşayış və qeyri-yaşayış binalarının saxlanmasına və düzgün
istismar edilməsinə, bölüyə təhkim edilmiş ərazinin təmiz saxlanmasına (gəmidə
yaşayış və xidmət otaqlarını daim yoxlamaq, gəmi korpusunun saz olmasına daim
nəzarət yetirmək), həmçinin bölükdə (gəmidə) yanğına qarşı tədbirlərin görülməsinə
diqqət yetirmək;
bölükdən (gəmidən) təyin edilən sutkalıq naryadın (gəmi naryadının) şəxsi
heyətini hazırlamaq və onun xidmət aparmasına nəzarət etmək;
bölükdə (gəmidə) yuxudan durmada və axşam yoxlanışında vaxtaşırı iştirak
etmək;
bölüyün (gəminin) şəxsi heyətinin müəyyən edilmiş uçotunu aparmaq; şəxsi
heyətin siyahı üzrə, mövcud yerində olmayanlarının sayını, həmçinin silahların, döyüş
texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və digər maddi
vasitələrin sayını və vəziyyətini həmişə dəqiq bilmək;
gizirlər (miçmanlar), həmçinin müddətindən artıq xidmət çavuşları vəzifələrinə
hərbi xidmətə götürmək, həmçinin hərbi təhsil müəssisələrinə göndərilmək üçün
namizədlər seçmək;
əsgərləri, matrosları və çavuşları növbəti hərbi rütbə almaq üçün təqdim etmək,
layiq olanları vakant vəzifələri tutmaq üçün irəli çəkmək;
tabeliyində olanların ona verdikləri xahişlərinin və vəsatətlərinin həlli böyük
rəislərdən asılı olanda — onları komanda üzrə yuxarı təqdim etmək;
bölüyün (gəminin) bütün şəxsi heyətini ona çatası təminatla vaxtında təmin
etmək; tabeliyində olanların məişətinin qayğısına qalmaq və onların ehtiyacına diqqət
yetirmək;
heyətin şəxsi gigiyena qaydalarına
riayət etməsinə fikir vermək;
tabeliyində olanların hərbi formanı geymə qaydalarına əməl etməsinə,
ləvazimatın, paltarın və ayaqqabının onların əyinlərinə uyğunlaşdırılmasına, eləcə də
əsgərlərin (matrosların) və çavuşların zahiri görünüşlərinə və qıvraqlığına ciddi diqqət
yetirmək;
şəxsi heyətin məşğələlər vaxtı texnika və silahlarla işləyəndə təhlükəsizlik
tədbirlərinə riayət etmələrinə diqqət yetirmək;
bölük (gəmi) üçün silahların, döyüş texnikasının və digər texnikanın, kazarma
inventarının, əşya, texniki və başqa əmlakların vaxtında alınmasını, onlardan düzgün
istifadə olunmasını, qorunub saxlanmasını, texniki xidmətini və təmirini təşkil etmək;
ayda bir dəfədən az olmayaraq onların sayını, vəziyyətini və uçotunu yoxlamaq (gəmi
komandiri ayda bir dəfədən az olmayaraq gəminin ümumi yoxlanışını aparmaq,
gəminin silahlarını, döyüş sursatını, texniki vasitələrini nəzərdən keçirmək və hər gün
gəminin ümumi yoxlamasını aparmaq); silahlara və döyüş sursatına baxışın nəticələrini
yoxlama kitabında qeyd etmək (6 saylı əlavə);
hər dəfə məşğələyə və təlimə getməzdən əvvəl bölükdə (gəmidə) olan silahların,
döyüş texnikasının və digər texnikanın hazırlığını, həmçinin təlimdən və məşğələdən
qayıtdıqdan sonra onların yerində olmasını yoxlamaq; qəza və qırılıb-sınma hallarının
qarşısını alan tədbirlər görmək (gəmi komandiri bunlardan əlavə — gəminin döyüş
qabiliyyətini və təhlükəsiz üzməsini təmin etmək);
ayda bir dəfə bölük (gəmi) şəxsi heyətinin, həmçinin material vasitələrinin uçot
rəqəmlərini alayın (briqadanın, gəmilər divizionunun) uçot rəqəmləri ilə tutuşdurmaq;
bölüyün (gəminin) təsərrüfatına rəhbərlik etmək.
Dostları ilə paylaş: