Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Tabor komandirinin texniki hissə üzrə müavini (taborun avtomobil xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə39/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   35   36   37   38   39   40   41   42   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tabor komandirinin texniki hissə üzrə müavini (taborun avtomobil xidməti rəisi, 
tabor texniki) 
 
119. Tabor komandirinin texniki hissə üzrə müavini (taborun avtomobil xidməti 
rəisi, tabor texniki) sülh və müharibə dövründə: döyüş texnikasının və digər texnikanın 
texniki  vəziyyətinə,  ondan  texniki  cəhətdən  düzgün  istifadə  edilməsinə,  ona  xidmət 
edilməsinə, təmirinə və saxlanmasına; taborun şəxsi heyətinin öz ixtisası üzrə texniki 
hazırlığına; tabeliyində olan bölmənin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, 


hərbi  intizamına  və  mənəvi  vəziyyətinə  cavabdehdir.  O,  tabor  komandirinə  tabedir, 
taborun  bütün  şəxsi  heyətinin  (taborun  avtomobil  xidməti  rəisi,  tabor  texniki  — 
bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin) birbaşa rəisidir. 
120.  Tabor  komandirinin  texniki  hissə  üzrə  müavininin  (taborun  avtomobil 
xidməti rəisinin, tabor texnikinin) vəzifəsidir: 
taborun döyüş və ictimai-siyasi hazırlıq planının işlənib hazırlanmasında iştirak 
etmək və öz ixtisası üzrə onun yerinə yetirilməsini təşkil etmək;  
taborun  döyüş  texnikası  və  digər  texnikasının  material  hissəsini,  onun  istismarı 
və təmiri qaydalarını bilmək;  
taborun şəxsi heyətinin texniki (avtomobil) hazırlığına rəhbərlik etmək; zabitlərlə, 
gizirlərlə və maşınların sürücü mexanikləri (sürücüləri) ilə texniki (avtomobil) hazırlıq 
və maşın sürmə məşğələləri aparmaq;  
bilavasitə  tabeliyində  olan  bölmələrin  şəxsi  heyətinin  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
maşınların  sayını  texniki  vəziyyətini  və  yerini  bilmək;  ayda  bir  dəfədən  az 
olmayaraq, zirehli tank və avtomobil texnikasının texniki vəziyyətini yoxlamaq;  
taborun  zabitləri,  gizirləri  və  sürücü  mexaniklərinin  ixtisas  dərəcələrinin 
artırılması üçün tədbirlər görmək;  
taborun  döyüş  texnikası  və  digər  texnikasının  düzgün  istismarını,  təmirini  və 
təxliyəsini təşkil etmək, onun texniki xidmətinə və təmirinə rəhbərlik etmək;  
parkların qurulması və təchiz olunması işlərinə rəhbərlik etmək, həmçinin parkda 
tabor üçün ayrılmış sahədə qayda-qanunun olmasını təmin etmək;  
maşınların  çöl  şəraitində  istismara  hazırlanmasına  və  onların  yol  şəraitində 
keçmə  qabiliyyətini  və  təxliyəsini  təmin  edən  vasitə  və  avadanlığın  olmasına  nəzarət 
etmək;  
döyüş texnikası və digər texnikanın qəza hallarının, qırılıb-sınmasının, həmçinin 
digər hadisələrin qarşısını alan tədbirlər görmək, onların səbəbləri və görülən tədbirlər 
barədə tabor komandirinə dərhal məlumat vermək;  
maşınların  istismarı,  təmiri  və  təxliyəsi  zamanı  təhlükəsizlik  qaydalarına, 
həmçinin parkda və maşınlarda yanğına qarşı tədbirlərə əməl olunmasını təmin etmək;  
müəyyən edilmiş uçot və hesabat aparmaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin