Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Bölük komandirinin tərbiyə işləri üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə42/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   38   39   40   41   42   43   44   45   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Bölük komandirinin tərbiyə işləri üzrə müavini 
 
125. Bölük komandirinin tərbiyə işləri üzrə müavini sülh və müharibə dövründə: 
bölükdə tərbiyə işinin təşkilinə və vəziyyətinə; hərbi qulluqçuların əsgəri tərbiyəsinə, 
mənəvi  vəziyyətinin  və  hərbi  intizamının  möhkəmləndirilməsinə;  bölükdə  döyüş  və 
ictimai-siyasi  hazırlıq  məsələlərinin  həllində  və  döyüşə  daimi  hazırlığın 
saxlanılmasında, eləcə də döyüş tapşırıqlarının həllində tərbiyə işinin təsirli olmasına 
cavabdehdir. O, bölük komandirinə tabedir və bölüyün bütün şəxsi heyətinin birbaşa 
rəisidir.  Şəxsi  heyətin  tərbiyəsində  o,  əsas  diqqəti  hər  bir  hərbi  qulluqçu  ilə  fərdi  işə 
yönəltməlidir. 
126. Bölük komandirinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir: 
şəxsi heyətlə tərbiyə işlərinin planını tərtib etmək;  
tərbiyə  işini  döyüş  və  ictimai-siyasi  hazırlığın  müvəffəqiyyətlə  yerinə 
yetirilməsinə,  bölükdə  döyüş  qabiliyyətinin  yüksəldilməsinə,  döyüş  tapşırıqlarının 
yerinə  yetirilməsinə,  təkbaşçılığın,  şəxsi  heyətin  hərbi  intizamının  və  mənəvi 
vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək;  
bölüyün  şəxsi  heyətinin  Vətənə  hədsiz  sədaqət,  Azərbaycan  Respublikası 
Konstitusiyasına  və  qanunlarına  mütləq  riayət  etmək,  hərbi  andın,  hərbi 
nizamnamələrin  və  əmrlərin  tələblərini  qüsursuz  yerinə  yetirmək,  komandirlərə 
(rəislərə)  şüurlu  surətdə  tabe  olmaq  və  onlara  hörmət  ruhunda  tərbiyəsi  üzrə  iş 
aparmaq;  
hərbi  kollektivlərin  möhkəmlənməsi,  şəxsi  heyətin  dostluq  və  əsgəri  yoldaşlıq, 
döyüş ənənələri, öz hərbi hissəsinə məhəbbət, əsgəri şücaət, şərəf və şan simvolu olan 
hərbi hissənin döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə fəal iş aparmaq; 


bölüyün şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrini və nəcib hərəkətlərini geniş 
yaymaq;  
hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitində, nəyin 
bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə 
daim hazır olmaq hissini tərbiyə etmək;  
şəxsi heyətdə öz borcunu qüsursuz yerinə yetirmək, dövlət sirrini ciddi saxlamaq 
şüurunu tərbiyə etmək;  
bölükdə hər bir əsgəri, çavuşu, giziri və zabiti tanımaq, onların işgüzar, ictimai-
siyasi  və  mənəvi  keyfiyyətlərini,  ehtiyaclarını,  əhvali-ruhiyyəsini,  ailə  vəziyyətini 
bilmək  və  buna  uyğun  olaraq  hər  bir  hərbi  qulluqçu  ilə  ictimai-siyasi  və  tərbiyə  işi 
aparmaq;  
bölük  zabitlərinin,  gizirlərinin  və  çavuşlarının  ictimai-siyasi  və  tərbiyə  işlərinə 
rəhbərlik etmək, tabelikdə olanların tərbiyəsində və hərbi kollektivin formalaşmasında 
onlara gündəlik yardım göstərmək;  
ictimai-siyasi  məşğələlərə  rəhbərlik  etmək  və  onların  ideya  məzmununun 
yüksəlməsinə  qayğı  göstərmək,  ictimai-siyasi  qrup  rəhbərlərinə  və  onların 
köməkçilərinə  məşğələlərin  hazırlanmasında  və  keçirilməsində  sistematik  kömək 
göstərmək, qruplardan birində şəxsən ictimai-siyasi məşğələ aparmaq, bölükdə ictimai-
siyasi informasiyanı təşkil etmək və keçirmək;  
əsgərlər  və  çavuşlar  arasında  mədəni-kütləvi  və  idman  işini  təşkil  etmək  və 
keçirmək, ictimai-siyasi-maarif işinə və bölük bədii özfəaliyyətinə rəhbərlik etmək;  
əsgərlər  və  çavuşlarla  ictimai-siyasi  və  tərbiyə  işində  televiziyadan,  radiodan, 
bədii ədəbiyyatın ən yaxşı əsərlərindən, dövri mətbuat materiallarından geniş istifadə 
etmək;  şəxsi  heyətin  qəzet  və  jurnallarla  vaxtında  təmin  edilməsinə  dair  tədbirlər 
keçirmək;  ictimai-siyasi-maarif  əmlakının  düzgün  istifadə  edilməsini,  qorunub 
saxlanmasını təşkil etmək;  
bölmə fəallarının seçilməsini, yerləşdirilməsini, tərbiyəsini və öyrədilməsini təşkil 
etmək; bölük divar qəzetinin redaksiya heyətinin və döyüş vərəqələri redaktorlarının 
işinə gündəlik rəhbərlik etmək;  
tabelikdə olanların maddi-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı göstərmək, 
hərbi qulluqçuların onlara düşən təminatın vaxtında və tam norma ilə almalarına ciddi 
diqqət yetirmək, şəxsi heyətin ərizə və şikayətlərinə diqqət və qayğıkeşliklə yanaşmaq;  
sutkalıq naryada təyin edilmiş şəxsi heyətlə ictimai-siyasi iş aparmaq;  
bölük komandirinə və tabor (alay, briqada) komandirinin şəxsi heyətlə tərbiyə işi 
üzrə  müavininə  şəxsi  heyətin  ictimai-siyasi  və  mənəvi  vəziyyəti,  keçirilmiş  ictimai-
siyasi tədbirlər, ictimai-siyasi və tərbiyə işlərinin vəziyyəti haqqında vaxtında məlumat 
vermək;  
hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsəmək 
və daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi 
məsuliyyət  hissi  tərbiyə  etmək,  şəxsi  heyəti  təhlükəsizlik  tədbirlərinə  riayət  etməyə 
səfərbər etmək;  


şəxsi heyətin hərbi-vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının 
milli-tarixi  ənənələri  ruhunda  tərbiyəsi  məqsədi  ilə  bölükdə  ictimai  siyasi  hazırlığı, 
habelə  kütləvi  təbliğat,  təşviqat  və  mədəni-maarif  işlərini,  həmçinin  rəsmi 
məlumatların vaxtında çatdırılmasını təşkil etmək və aparmaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin