Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə38/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   34   35   36   37   38   39   40   41   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tabor qərargahının rəisi 
 
117.  Tabor  qərargahının  rəisi  sülh  və  müharibə  dövründə:  tabor  bölmələrinin 
idarə  olunmasının  təşkilinə  və  saxlanmasına;  taborun  döyüşə  hazırlığına;  döyüş  və 
ictimai-siyasi hazırlığın planlaşdırılmasına və uçotuna; bilavasitə tabeliyində olan şəxsi 
heyətin hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə; taborun şəxsi 
heyətinin,  silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  döyüş  sursatının 
uçotunun vəziyyətinə cavabdehdir. O, tabor komandirinə tabedir, onun müavinidir və 
taborun bütün şəxsi heyətinin birbaşa rəisidir. 


Qərargah rəisi tabor komandirinin qərarlarını həyata keçirərkən, zəruri hallarda 
tabor  komandirinin  tabeliyində  olan  şəxslərə  tabor  komandiri  adından  sərəncamlar 
(əmrlər)  vermək  hüququna  malikdir.  Bu  sərəncamlardan  (əmrlərdən)  ən 
əhəmiyyətliləri haqqında o, tabor komandirinə məlumat verməlidir. 
118. Tabor qərargahı rəisinin vəzifəsidir: 
alay (briqada) planı və tabor komandirinin göstərişləri əsasında taborun döyüş və 
ictimai-siyasi hazırlıq planını işləyib hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət 
etmək;  
tabor bölmələrinin döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq;  
taborun  şəxsi  heyəti  ilə  məşğələlər  aparmaq,  bilavasitə  tabeliyində  olan 
bölmələrin  hazırlığına  rəhbərlik  etmək,  həmçinin  taborda  rabitə  vasitələrinin 
vəziyyətini və döyüşə hazırlığını yoxlamaq;  
tabor qərargahının,  həmçinin  bilavasitə tabeliyində olan bölmələrin zabitlərinin, 
gizirlərinin və çavuşlarının işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
tabor  bölmələrinin  həqiqi  vəziyyətini,  mövqeyini  və  onların  qarşısında  qoyulan 
vəzifələrin yerinə yetirilməsinin gedişini daim bilmək;  
tabor komandiri və böyük rəislər tərəfindən verilən bütün əmr və sərəncamların 
vaxtında  və  düzgün  çatdırılmasını  təmin  etmək  və  onların  yerinə  yetirilməsini 
yoxlamaq;  
taborda  rabitəni  vaxtında  təşkil  və  təmin  etmək,  həmçinin  taborun  şəxsi  heyəti 
tərəfindən gizli idarəetmə tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;  
düşmən,  öz  qoşunları  və  qonşuları  haqqında,  eləcə  də  başqa  məmulatların 
vaxtında toplanmasını, onların təhlil edilib ümumiləşdirilməsini təşkil etmək;  
tabora yeni gələn hərbi qulluqçuları bölmələr arasında bölüşdürmək;  
taborda  daxili  xidmətin  aparılmasını  təşkil  etmək,  sutkalıq  naryada  təyin 
olunanların hazırlığını və onların xidməti yerinə yetirmələrini yoxlamaq;  
tabor  bölmələrində  olan  adamların  sayını  bilmək;  iki  ayda  bir  dəfədən  az 
olmayaraq,  bölmələrdəki  silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  döyüş 
sursatının, ləvazimatın, həmçinin nizamnamələrin, təlimatların, tədris vasitələrinin və 
digər əmlakın vəziyyətini və uçotunu yoxlamaq;  
lazım  olan  məlumatları  vaxtında  hazırlayıb  alayın  (briqadanın)  qərargahına 
göndərmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin