108. Əlahiddə tabor komandiri sülh və müharibə dövründə: taborun döyüşə və
səfərbərliyə hazırlığına; şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə,
hərbi intizamına və mənəvi vəziyyətinə; taborun silahlarının, döyüş texnikası və digər
texnikasının, hərbi sursatının, yanacaq və başqa maddi vasitələrinin vəziyyətinə və
qorunub saxlanmasına; taborun döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə
yetirməsinə; taborun maddi, texniki, tibbi, ticarət-məişət və maliyyə təminatına
cavabdehdir. Əlahiddə tabor komandiri taborun bütün şəxsi heyətinin birbaşa rəisidir.
109. Əlahiddə tabor komandirinin vəzifəsidir:
4
taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına və tərbiyəsinə
rəhbərlik etmək, döyüş tapşırıqlarını yerinə yetirərkən taboru bacarıqla idarə etmək;
qərargahla, bölük komandirləri, onların müavinləri və taborun xidmət rəisləri ilə
məşğələlər, həmçinin taborun bölmələri ilə təlimlər və nəzarət məşğələləri keçirmək;
taborun səfərbərlik planının işlənib hazırlanmasına
rəhbərlik etmək;
taborda günün nizam və möhkəm daxili nizam-intizam qaydalarını müəyyən
etmək və saxlamaq;
bölmələrdə zabitlərin, gizirlərin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
tabora yeni gələnləri bölmələr üzrə bölüşdürmək və onlara 4 saylı əlavədə
göstərilən qaydada
hərbi and içdirmək;
gizir, həmçinin müddətindən artıq xidmət çavuşları vəzifəsində hərbi xidmətdə
qulluq etmək və hərbi təhsil müəssisələrinə göndərilmək üçün seçilmiş namizədləri
yoxlamaq;
ərzağın həftəlik bölgüsünə baxmaq, onu təsdiq etmək, xörəyin keyfiyyətinə və
tam verilməsinə nəzarət etmək, hazırlanan xörəyin keyfiyyətini vaxtaşırı şəxsən
yoxlamaq;
silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və
digər maddi vasitələrin qorunub saxlanması, saz olması və onlardan düzgün istifadə
edilməsi üçün tədbirlər görmək, ildə üç dəfədən az olmayaraq onların vəziyyətini və
döyüşə hazırlığını yoxlamaq;
silahlarla, döyüş texnikası və digər texnika ilə, döyüş sursatı ilə işləyərkən,
məşğələlər, təlimlər və atışlar keçirərkən, təhlükəsizlik tədbirləri müəyyən etmək,
onların yerinə yetirilməsinə nəzarət etmək;
cinayətlərin və hadisələrin qarşısını alan tədbirlər görmək; cinayət törədiləndə və
yaxud hadisə baş verəndə, dərhal böyük komandirə (rəisə) yazılı məlumat vermək,
hərbi prokurora məlumat verərək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq
icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi
qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə
cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının
təhqiqatçıları tərəfindən yerinə yetirilir); insan tələfatı və ya başqa ağır nəticələr verən
qəza hallarının və digər hadisələrin təhqiq edilməsində şəxsən iştirak etmək;
5
şəxsi heyətin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının
və taborun digər maddi vasitələrinin kütləvi qırğın silahından mühafizəsini təşkil
etmək və həyata keçirmək;
taborun maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
taborun kazarma-mənzil fondunun, digər bina və tikililərinin ərazisinin səliqə-
səhmanına, düzgün istismar edilməsinə, həmçinin taborda yanğın əleyhinə
mühafizənin vəziyyətinə diqqət yetirmək;
taborda
müəyyən edilmiş silah, döyüş sursatı və əmlak ehtiyatını saxlamaq;
taborun yerləşdiyi ərazinin mühafizəsini təşkil etmək, qarovulun və daxili
xidmətlərin yerinə yetirilməsini, həmçinin həbsə alınanların hauptvaxtda
saxlanılmasını yoxlamaq;
xidmətlər üzrə maddi vasitələrin, həmçinin taborun pul vəsaitinin və qiymətli
kağızlarının yerində olmasını planlı və qəfildən yoxlamasını aparmaq;
65-ci maddənin tələblərinə müvafiq tabor üzrə əmrlər vermək.
110. Əlahiddə tabor komandirinin müavinləri, həmçinin xidmət rəisləri özlərinin
əməli fəaliyyətlərində alayın (briqadanın) müvafiq vəzifəli şəxsləri üçün müəyyən
edilmiş vəzifələri rəhbər tuturlar.
Dostları ilə paylaş: