mənəvi vəziyyətinə cavabdehdir. O, alay (briqada) komandirinin arxa xidmət üzrə
müavininə tabedir, alayın (briqadanın) əşya xidməti şəxsi heyətinin birbaşa rəisidir.
107. Alay (briqada) əşya xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş, ictimai və siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək və öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil
etmək;
tabeliyində olanlarla döyüş və ictimai-siyasi hazırlıq
məşğələləri aparmaq;
öz xidmətinin şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
əşya və təsərrüfat əmlakını vaxtında tələb edib almaq, saxlamaq və onları,
həmçinin siyasi-maarif vasitələrini alay (briqada) bölmələrinə paylamaq;
alay (briqada) bölmələrində və anbarında əşya, təsərrüfat əmlakından və siyasi-
maarif vasitələrindən düzgün istifadə olunmasına, onların qorunub saxlanmasına və
uçotunun aparılmasına
nəzarət etmək;
əşya xidməti emalatxanalarının və anbarının işinə rəhbərlik etmək; əmlakın cari
təmirini təşkil etmək və onun keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarət
etmək;
bölmələrin baş çavuşları və bölüklərin katibləri ilə əşya əmlakının qorunub
saxlanması, təmiri və uçotunun aparılması üzrə məşğələlər keçirmək;
hərbi geyimin və ayaqqabının fərdi uyğunlaşdırılmasını, əmlak bölmələrə
verildiyi vaxt onun möhürlənməsini, texnikanın, əşya və təsərrüfat əmlakının düzgün
istifadə olunmasını və təmirini təşkil etmək;
alayın (briqadanın) zabitləri, gizirləri və müddətindən artıq xidmət çavuşlarına
hərbi geyim tikilməsini təmin etmək, onun keyfiyyətinə, təsvirə və texniki şərtlərə
müvafiq olmasına nəzarət etmək;
bölmələrin məişət xidməti otaqlarını saç vurdurmaq, hərbi geyimin və
ayaqqabının kiçik təmiri üçün zəruri inventarla, alətlərlə, furnitur və təmir-yamaq
materialları ilə təmin etmək;
alay (briqada) bölmələri şəxsi heyətinin hər həftə hamamda çimməsini təşkil
etmək, hamam üzrə növbətçiyə təlimat vermək; hamamda çimən gün şəxsi heyəti
yuyucu vasitələrlə, alt paltarı və yataq dəyişiyi ilə, dəsmal, corab və ayaq dolağı ilə
təmin etmək;
iki ayda bir dəfədən az olmayaraq, alayın (briqadanın) uçot göstəricilərinə görə
bölmələrdə və alayın (briqadanın) anbarında olan əşya və təsərrüfat əmlakının
miqdarını, vəziyyətini, kateqoriyasını, komplektliliyini və onların qorunub saxlanma
şəraitini yoxlamaq;
əşya xidməti obyektlərində texniki vasitələrin istismarı vaxtı təhlükəsizlik
tədbirlərinə əməl edilməsinə, yanğına qarşı tədbirlərin keçirilməsinə və sanitar
tələblərinə riayət edilməsinə nəzarət etmək;
alayın (briqadanın) əşya xidməti üzrə uçot və hesabat aparmaq.
Dostları ilə paylaş: