Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Tabor (3-cü dərəcəli gəmi) komandiri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə35/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   31   32   33   34   35   36   37   38   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tabor (3-cü dərəcəli gəmi) komandiri 
 
111. Tabor (3-cü dərəcəli gəmi) komandiri sülh və müharibə dövründə: taborun 
döyüşə və səfərbərliyə hazırlığına (gəminin döyüşə hazırlığına); şəxsi heyətin döyüş və 
ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə; taborun 
(gəminin)  silahlarının,  döyüş  texnikasının  və  digər  texnikanın,  döyüş  sursatının, 
yanacaq və digər maddi vasitələrin vəziyyətinə; taborun (gəminin) döyüş tapşırıqlarını 
müvəffəqiyyətlə  yerinə  yetirməsinə  cavabdehdir.  Tabor  komandiri  alay  (briqada) 
komandirinə  (3-cü  dərəcəli  gəmi  komandiri  gəmilər  divizionu  komandirinə)  tabedir, 
taborun (gəminin) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
112. Tabor (3-cü dərəcəli gəmi) komandirinin vəzifəsidir: 
taborun  (gəminin)  şəxsi  heyətinin  döyüş  və  ictimai-siyasi  hazırlığına  və 
tərbiyəsinə  rəhbərlik  etmək,  döyüş  tapşırıqları  yerinə  yetirilərkən  taboru  (gəmini) 
bacarıqla idarə etmək;  
taborun  qərargahı  və  zabitləri  (gəminin  zabitləri)  ilə  məşğələlər,  həmçinin 
taborun (gəminin) bölmələri ilə təlimlər və nəzarət məşğələləri aparmaq;  
tabor  (gəmi)  zabitlərinin,  gizirlərinin  (miçmanlarının)  və  çavuşlarının  işgüzarlıq 
və mənəvi keyfiyyətlərini bilmək;  
gizirlər  (miçmanlar),  həmçinin  müddətindən  artıq  xidmət  çavuşları  kimi  hərbi 
xidmətə götürülmək, eləcə də hərbi təhsil müəssisələrinə göndərilmək üçün namizədlər 
seçmək;  
əsgərlərin (matrosların), çavuşların və gizirlərin (miçmanların) vakant vəzifələrə 
təyin edilməsi üçün düzgün seçildiklərini yoxlamaq;  


taborun  (gəminin)  bölmələrində  olan  silahları,  döyüş  texnikasını  və  digər 
texnikanı,  döyüş  sursatlarını  bilmək;  onlardan  düzgün  istifadə  edilməsini,  qorunub 
saxlanmasını  və  onlara  xidmət  edilməsini  təşkil  etmək,  üç  ayda  bir  dəfədən  az 
olmayaraq,  şəxsən  onların  vəziyyətini  və  uçotunun  aparılmasını  yoxlamaq  (gəmi 
komandiri iki ayda bir dəfədən az olmayaraq gəminin, ayda bir dəfədən az olmayaraq 
onun  silahlarının,  döyüş  sursatının  və  texniki  vasitələrinin  baxışını  keçirmək  və  hər 
gün gəminin ümumi yoxlamasını aparmaq);  
fəlakətin,  qəzanın,  döyüş  texnikasının  və  digər  texnikanın  sınması  hallarının 
qarşısını  alan  (gəminin  döyüş  qabiliyyətini  və  təhlükəsiz  üzməsini  təmin  edən) 
tədbirlər  görmək,  həmçinin  silahlar,  döyüş  texnikası  və  digər  texnika  və  döyüş 
sursatları  ilə  işləyərkən,  məşğələlər,  təlimlər  və  atışlar  keçirərkən  təhlükəsizlik 
tədbirlərinə riayət edilməsini tələb etmək;  
tabor  üçün  ayrılmış  bütün  yaşayış  və  qeyri-yaşayış  binalarının  və  otaqların 
vəziyyətinə  və  onların  düzgün  istismar  edilməsinə  diqqət  yetirmək,  tabora  təhkim 
edilmiş  ərazi  sahəsinin  təmiz  saxlanmasına  (gəmidə  yaşayış  və  xidmət  otaqlarını 
yoxlamaq,  gəmi  korpusunun  sazlığına  daim  diqqət  yetirmək),  həmçinin  taborda 
(gəmidə) yanğına qarşı tədbirlərin keçirilməsinə göz qoymaq; park binalarının və tabor 
üçün  ayrılmış  park  ərazisinin  vəziyyətinə  və  parkda  yanğına  qarşı  tədbirlərin 
keçirilməsinə diqqət yetirmək;  
tabor  (gəmi)  yerləşən  ərazinin  mühafizəsini  təşkil  etmək,  şəxsi  heyət  tərəfindən 
qarovul  və  daxili  xidmətlərin  (gəmidə  növbə  və  vaxta  xidmətlərinin)  yerinə 
yetirilməsini yoxlamaq;  
tabor (gəmi) təsərrüfatına rəhbərlik etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin