Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə43/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   39   40   41   42   43   44   45   46   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Bölüyün baş texniki (texniki) 
 
127. Bölüyün baş texniki (texniki) sülh və müharibə dövründə: döyüş texnikasının 
və  digər  texnikanın  texniki  cəhətdən  saz  olmasına,  ondan  texniki  cəhətdən  düzgün 
istifadə  edilməsinə,  onlara  vaxtında  xidmət  olunmasına,  saxlanılmasına,  təmirinə, 
həmçinin  bölüyün  şəxsi  heyətinin  öz  ixtisası  üzrə  texniki  hazırlığına  cavabdehdir.  O, 
bölük komandirinə tabedir, bölüyün çavuş və əsgərlərinin birbaşa rəisidir. 
128. Bölüyün baş texnikinin (texnikinin) vəzifəsidir: 
bölüyün döyüş texnikası və digər texnikasından texniki cəhətdən düzgün istifadə 
olunmasını,  ona  xidmət  edilməsini  təşkil  etmək  və  bu  texnikanın  qaydada  və  saz 
saxlanması üçün tədbirlər görmək;  
bölüyün  döyüş  və  digər  maşınları  sürücü-mexaniklərinin  (sürücülərinin) 
işgüzarlıq,  döyüş  və  mənəvi  keyfiyyətlərini  bilmək,  onların  ixtisas  dərəcələrinin 
artırılması üzrə iş aparmaq;  
bölüyün döyüş texnikası və digər texnikasının material hissəsini, sayını və texniki 
vəziyyətini  bilmək;  ekipajlar  (sürücülər)  tərəfindən  maşınların  texniki  xidməti  və 
onların təmiri üzrə aparılan işlərə şəxsən rəhbərlik etmək;  
bölüyün  şəxsi  heyəti  ilə  texniki  hazırlıq,  maşın  sürmənin  əsasları  və  qaydaları 
üzrə məşğələlər aparmaq;  
yanacağın  və  sürtkü  materiallarının,  ehtiyat  hissələrinin  və  başqa  əmlakın 
qənaətlə sərf edilməsinə diqqət yetirmək;  
parkdan  çıxan  maşınların  vəziyyətini  yoxlamaq,  ancaq  texniki  cəhətdən  saz 
maşınları istismara buraxmaq və bu barədə yol vərəqəsində qeyd etmək;  
maşınların  qəza,  qırılıb-sınma  və  başqa  zədələnmə  hallarının  qarşısını  almaq 
üçün tədbirlər görmək, bu halları törədə biləcək səbəblər və görülən tədbirlər haqqında 
dərhal bölük komandirinə məlumat vermək, həmçinin maşınların  istismarı, təmiri və 
təxliyəsi zamanı təhlükəsizliyin təmin edilməsinə diqqət yetirmək;  
bölüyün hər bir təlimi və ya məşğələsi üçün maşınları hazırlamaq, geri qayıdanda 
isə onların vəziyyətini yoxlamaq;  
bölüyün parkında və maşınlarında yanğına qarşı tədbirləri həyata keçirmək;  
bölük maşınlarının texniki vəziyyətini ayda bir dəfədən az olmayaraq yoxlamaq;  
zəruri texniki əmlak üçün vaxtında sifariş vermək, bu əmlakdan düzgün istifadə 
olunmasını və onun qorunub saxlanmasını təşkil etmək;  
maşınların işləməsinin uçotunu və texniki əmlakın hesabatını aparmaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin