bölüyü yeməkxanaya aparmaq, yaxud onu taqım komandiri müavinlərindən
birinin komandası altında yeməkxanaya göndərmək;
axşam yoxlanışı zamanı yerində olmayanlar barəsində (özbaşına gedənlər varsa,
onların soyadlarını) bölük növbətçisi vasitəsilə alay (briqada) növbətçisinə məlumat
vermək;
müddətli xidmət əsgər və çavuşları alayın (briqadanın) yerləşdiyi ərazidən
kənara buraxıldıqda, onlara buraxılma vərəqəsi vermək və geyim formalarının
qaydada olmasını, küçədə və ictimai yerlərdə özlərini aparma qaydalarını bilmələrini
yoxlamaq;
iş növbəsində olanlar və ya xidməti işlərlə əlaqədar yerində olmayanlar üçün
yemək saxlanması barədə bölük növbətçisi vasitəsilə yeməkxana növbətçisinə sifariş
vermək;
bölüyün bütün yaşayış və qeyri-yaşayış binalarının təmiz və səliqəli saxlanmasını
təşkil etmək, bölüyün bütün binalarının, ayaqyolularının və təhkim olunmuş ərazi
sahələrinin ümumi təmizlənməsinə rəhbərlik etmək;
sobaların yandırılması qaydalarının yerinə yetirilməsinə, yanğınsöndürmə
vasitələrinin saz olmasına, bölüyün əsgər və çavuşlarının yanğın təhlükəsizliyi
qaydalarına riayət etmələrinə nəzarət etmək;
bölükdə baş vermiş hər bir hadisə barəsində bölük komandirinə dərhal məlumat
vermək;
bölükdə zabit olmayanda böyük rəislərin əmrlərini yerinə yetirmək və bu barədə
bölük komandirinə məlumat vermək;
həbs edilmiş əsgər və çavuşların pulunu və qiymətli şeylərini siyahı ilə qəbul
etmək və onları bölük komandirinə təqdim etmək;
sıravilərə və çavuşlara verdiyi həvəsləndirmələr və cəzalar barədə bölük
komandirinə məlumat vermək;
alınan nizamnamələrin, təlimatların və tədris vasitələrinin saxlanmasını,
həmçinin müvəqqəti istifadəyə verilməsini təşkil etmək, onların taqımlarda
saxlanmasına nəzarət etmək;
bölüyün yerləşdiyi yerdən kənara getdikdə taqım komandiri müavinlərindən
birini öz yerinə qoymaq.
Dostları ilə paylaş: