Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Binaların işıqlandırılması 184. İşıqlandırma qaydasını alay (briqada) komandiri müəyyən edir. Kazarmanın
işıqlandırılması tam və növbətçi (zəif sürmeyi) işıqlandırmadan ibarətdir.
Yataq otaqlarında yuxu saatlarında növbətçi işıqlandırma saxlanır. Ağ neft
lampaları ilə işıqlandırmada növbətçi lampalar gur yandırılır. Kazarmanın
girəcəklərində, silah saxlama otaqlarında, koridorlarda, pilləkənlərdə və
ayaqyolularında qaranlıq düşəndən hava işıqlanana qədər tam işıqlandırma saxlanılır.
Müəyyən olunmuş işıqlandırmanın saxlanması və işıqların vaxtında yandırılıb-
söndürülməsi işi növbətçilərə və gün növbətçilərinə həvalə edilir.
185. Alayın (briqadanın) yerləşdiyi ərazidə elektrik işıqları, bir qayda olaraq, gecə
söndürülmür.
Elektrik işıqlandırmasında qəza baş verməsi və ya başqa səbəblərdən işıqların
müvəqqəti söndürülməsi halları üçün bölük və digər bölmələrin növbətçilərində
ehtiyat lampa və ya fənərlər olmalıdır, onların saxlanma yerlərini alay (briqada)
komandiri müəyyən edir.