Günün nizam qaydalarında səhər gimnastikası və tualet, səhər baxışı, 6 saatlıq
tədris məşğələləri, qida qəbulu, silahlara, döyüş texnikasına və digər texnikaya qulluq,
müstəqil hazırlıq, tərbiyə işi, hərbi qulluqçuların şəxsi tələbatı, axşam gəzintisi və
yoxlanışı, həmçinin 8 saatlıq yuxu üçün vaxt nəzərdə tutulmalıdır.
Qida qəbulu arasındakı vaxt 7 saatdan çox olmamalıdır. Qida qəbulundan sonra
30
dəqiqə ərzində məşğələ, yaxud iş aparılmamalıdır.
187. Məşğələlərdən azad vaxtlarda və istirahət günlərində şəxsi heyətlə kütləvi
tədbirlər və mədəni-maarif işləri aparılmalıdır, həmçinin idman oyunları və yarışları
keçirilməlidir.
Yığıncaqlar, iclaslar, həmçinin tamaşalar, kino nümayişi və başqa əyləncələr
axşam gəzintisinə qədər qurtarmalıdır.
İstirahət günləri ərəfəsində teatr tamaşalarının, kino nümayişinin və başqa
əyləncələrin adi günlərdə olduğundan bir saat gec qurtarmasına, istirahət günlərində
isə yuxudan durmanın adi günlərdə olduğundan gec — hərbi hissə komandirinin
müəyyən etdiyi saatda keçirilməsinə icazə verilir.
Dostları ilə paylaş: