199. Günün nizam qaydaları ilə müəyyən olunmuş saatda xörək və çay hazırlanıb
qurtarmalıdır.
Xörək paylanmazdan qabaq həkim (feldşer) alay (briqada) növbətçisi ilə birlikdə
yeməyin kefiyyətini, həmçinin yeməkxananın, qab-qacağın və inventarın sanitar
vəziyyətini yoxlamalıdır. Bunlardan əlavə, hər gün alay (briqada) komandiri və ya
onun göstərişi ilə müavinlərindən biri xörəyin keyfiyyətini yoxlayır.
Xörəyin
keyfiyyətinin
yoxlanmasının
nəticələri
xörəyin
keyfiyyətlə
hazırlanmasına nəzarət kitabına yazılır.
Alay (briqada) növbətçisi müəyyən edilmiş vaxtda xörəyin buraxılmasına icazə
verir.
200. Əsgərlər və çavuşlar yeməkxanaya geyimləri və ayaqqabıları təmizlənmiş,
bölük başçavuşunun və ya onun göstərişi ilə taqım komandiri müavinlərindən birinin
başçılığı altında sıra ilə gəlirlər.
Yeməkxanada qida qəbulu zamanı qayda-qanuna riayət edilməlidir. Baş
geyimində, şineldə və xüsusi geyimdə (iş paltarında) qida qəbulu qadağan edilir.
201. Sutkalıq naryadda olan şəxslər üçün alay (briqada) komandirinin təyin etdiyi
vaxtda xörək alırlar.
Alay (briqada) tibb məntəqəsində olan xəstələr üçün xörək ayrıca gətirilir.
Dostları ilə paylaş: