ictimai yerlərdə davranış qaydalarını bilmələrini yoxlayır. Bundan sonra başçavuş
onlara bölük komandiri tərəfindən imzalanmış buraxılma vərəqələrini verir (10 saylı
əlavə). Bölük növbətçisi buraxılanları kitaba yazır (11 saylı əlavə) və onları alay
(briqada) növbətçisinə təqdim edir.
Alayın (briqadanın) yerləşdiyi yerdən kənara buraxılan əsgər və çavuşların hərbi
biletləri yanlarında olmalıdır.
Buraxılma vərəqəsi yalnız öz qarnizonunun sərhədləri daxilində etibarlıdır.
205. Hərbi qulluqçular buraxılmadan qayıtdıqda bölük növbətçisinin yanına gəlib
qayıtmaları barədə məlumat verir, öz buraxılma vərəqələrini ona təhvil verir və
özlərinin bilavasitə rəislərinə də məlumat verirlər. Məsələn, «Yoldaş çavuş. Sıravi
Əhmədov buraxılmadan qayıdıb. Buraxılma vaxtı məzəmmət olunmamışam (və ya
filankəs tərəfindən məzəmmət olunmuşam)».
Bölük növbətçisi buraxılma kitabında buraxılanların geri qayıtma vaxtını qeyd
edir.
Dostları ilə paylaş: