VI fəsil. Daxili xidmət naryadları
Sutkalıq naryad
210. Sutkalıq naryad daxili qayda-qanunun saxlanması, hərbi hissənin (bölmənin)
silahlarının, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, binalarının və
əmlakının mühafizə edilməsi, həmçinin daxili xidmət üzrə digər vəzifələrin yerinə
yetirilməsi üçün təyin edilir.
211. Sutkalıq naryad və ya iş naryadı təyin olunan bölmənin komandiri naryada
təyin olunan şəxslərin hazırlanması, həmçinin onların dəyişməyə, yaxud iş yerinə
vaxtında göndərilməsi üçün məsuliyyət daşıyır.
212. Sutkalıq naryadın tərkibi və bu tərkibə edilən bütün dəyişikliklər alay
(briqada) üzrə əmrdə elan edilir.
Adətən, sutkalıq alay (briqada) naryadı aşağıdakı tərkibdə nəzərdə tutulur:
alay (briqada) növbətçisi;
alay (briqada) növbətçisi köməkçisi;
növbətçi bölmə;
qarovul;
park növbətçisi, parkın gün növbətçisi, həmçinin növbətçi yedəkçinin sürücü-
mexaniki (sürücüsü);
növbətçi feldşer, yaxud sanitar təlimatçı və tibb məntəqəsinin gün növbətçiləri;
nəzarət-buraxılış məntəqəsi növbətçisi və onun köməkçiləri;
yeməkxana növbətçisi və yeməkxana fəhlələri;
alay (briqada) qərargahı növbətçisi;
növbətçi siqnalçı;
kuryerlər.
Alay (briqada) növbətçisi, alay (briqada) növbətçisinin köməkçisi, park
növbətçisi, növbətçi bölmə, həmçinin tərkibindən alayın (briqadanın) sutkalıq naryadı
və iş naryadı tərtib edilən bölmələr alay (briqada) üzrə gündəlik əmrlə təyin olunurlar.
213. Bölüyün sutkalıq naryadına:
bölük növbətçisi;
bölüyün gün növbətçiləri təyin olunurlar.
Bölüklərdə gün növbətçilərinin sayını alay (briqada) komandiri müəyyən edir.
214. Bəzi taborlarda bölük növbətçilərinin əvəzinə taborların şəxsi heyətinin
miqdarından və yerləşmə şəraitindən asılı olaraq alay (briqada) komandirinin
sərəncamı ilə tabor növbətçisi, xüsusi bölmələr və xidməti bölmələri birgə yerləşdikdə
isə bu bölmələr üzrə növbətçi təyin oluna bilər.
Göstərilən hallarda gün növbətçilərinin sayı bölmələrin yerləşdirilməsi,
mühafizəsinin təmin olunması və daxili qayda-qanunun saxlanılması şəraitindən asılı
olaraq müəyyən edilir.
215. Bütün növbətçilər və onların köməkçiləri sol qollarına qırmızı parçadan
üzərində müvafiq yazısı olan sarğı bağlamalıdırlar (12 saylı əlavə). Sarğını köhnə
növbətçi təhvil və qəbul raportundan sonra yeni növbətçiyə verir.
216. Zabitlərdən və gizirlərdən təyin edilmiş alay (briqada) növbətçisi, alay
(briqada) növbətçisi köməkçisi, park növbətçisi, nəzarət-buraxılış məntəqəsi növbətçisi,
alay (briqada) qərargahı növbətçisi bütün ləvazimatla və patronla doldurulmuş iki
maqazinli tapança ilə silahlanırlar.
Çavuş heyətindən təyin olunmuş park növbətçisi, alay (briqada) növbətçisi
köməkçisi, nəzarət-buraxılış məntəqəsi növbətçisi, alay (briqada) qərargahı növbətçisi,
eləcə də nəzarət-buraxılış məntəqəsi növbətçisi köməkçiləri, bölmə növbətçiləri, gün
növbətçiləri, həmçinin parkın gün növbətçiləri və kuryerlər qınında olan süngü-bıçaq
(süngü) ilə silahlanırlar. Süngü-bıçaq (süngü) bel kəmərində toqqanın sol tərəfində
ondan bir əl eni qədər məsafədə asılmalıdır.
Zəruri hallarda, Müdafiə Nazirliyi Baş Qərargah rəisinin sərəncamı ilə bəzi hərbi
hissələrdə gün növbətçiləri və nəzarət-buraxılış məntəqəsi növbətçisi köməkçiləri
gecələr avtomatlarla (karabinlərlə) silahlandırıla bilərlər.
Dostları ilə paylaş: |