Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
getməsi Sutkalıq naryadın dəyişməsi 224. Sutkalıq naryadın dəyişməsi qarnizon və qarovul xidmətləri nizamnaməsinin
müddəalarına əsasən keçirilir. Onu alayın (briqadanın) yeni növbətçisi alay (briqada)
komandirinin müəyyən etdiyi saatda keçirir.
225. Dəyişmənin keçirilməsinə 10 dəqiqə qalmış zabitlərdən təyin olunmuş yeni
alay (briqada) növbətçisinin köməkçisi sutkalıq naryad heyətini dəyişmə keçirilməsi
üçün müəyyən edilmiş yerdə düzür və alay (briqada) növbətçisi gələndə ona məlumat
verir.
Əgər alay (briqada) növbətçisinin köməkçisi gizir və ya çavuş rütbəsindədirsə,
sutkalıq naryadın düzülməsini və alay (briqada) növbətçisinə məlumat verilməsini
sutkalıq naryadın tərkibindəki zabit, zabit olmayanda isə gizir yerinə yetirir.
226. Dəyişmə üçün sutkalıq naryad aşağıdakı qaydada düzülür: sağ cinahda
qarovullar, sonra sağdan sola: park növbətçisi, növbətçi feldşer (sanitar təlimatçı),
nəzarət-buraxılış məntəqəsinin növbətçisi, alay (briqada) qərargahının növbətçisi,
bölmələr üzrə bütün bölüklərin növbətçiləri kuryerlər və siqnalçı; nəzarət-buraxılış
məntəqəsi növbətçisinin köməkçiləri, gün növbətçiləri və növbətçi yedəkçinin sürücü
mexaniki (sürücüsü) öz növbətçilərinin arxasında düzülürlər; alay (briqada)
növbətçisinin köməkçisi qarovulların sağ cinahında durur.