Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
İş naryadı 217. Hərbi qulluqçuları iş naryadına göndərmək üçün alay (briqada) üzrə verilən
əmrdə hansı bölmələrin işə göndərilməsi, işin növü və müddəti, bölmələrin nə vaxt,
hara və kimin sərəncamına gəlmələri göstərilir. İş naryadı üçün ayrılmış bölmələr iş
yerlərinə öz komandirləri və ya zabitlərdən, gizirlərdən və çavuşlardan təyin olunmuş
böyükləri ilə gəlirlər.
Gözlənilməz işlər üçün iş naryadı alay (briqada) qərargahı rəisi tərəfindən ayrılır.
Növbətçi bölmə 218. Növbətçi bölmə qarovulu gücləndirmək və ya yanğın, təbii fəlakət, yaxud
digər hallarda təcili çağırılmaq üçün təyin olunur.
Növbətçi bölmə alay (briqada) növbətçisinə tabedir.
219. Növbətçi bölmə həyəcan və ya toplanış siqnalı ilə onun üçün təyin edilmiş
yerdə düzülür, alay (briqada) növbətçisinin göstərişi ilə hərəkət edir.
Növbətçi bölməyə patronlar bölük başçavuşu tərəfindən yalnız alay (briqada)
növbətçisinin sərəncamı ilə verilir.
220. Növbətçi bölmə məşğələləri alayın (briqadanın) yerləşdiyi yerin yaxınlığında
keçir. Alay (briqada) növbətçisi növbətçi bölmənin olduğu yeri və onu çağırma
qaydasını dəqiq bilməlidir.
Növbətçi bölmənin gecə istirahəti qaydasını alay (briqada) komandiri təyin edir.