Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Görüşə gələnlərin qəbul edilməsi 206. Hərbi qulluqçularla görüşə məşğələlərdən azad vaxtlarda, axşam yoxlanışına
qədər, bu məqsəd üçün alayda (briqadada) xüsusi ayrılmış otaqda (yerdə) icazə verilir.
207. Hərbi qulluqçularla görüşə gələn şəxslər görüş otağına alay (briqada)
növbətçisinin icazəsi və alay (briqada) komandirinin müəyyən etdiyi qaydalara əsasən
buraxılırlar.
208. Alay (briqada) üzrə verilən əmrə müvafiq görüşə gələnlərin qəbul edilməsi
vaxtı üçün çavuşlardan görüş otağı növbətçisi təyin edilir. Onun hüquq və vəzifələri
alay (briqada) komandirinin təsdiq etdiyi təlimatla müəyyən edilir.
209. Özü ilə spirtli içkilər gətirən və ya sərxoş halda olan şəxslər görüşə
buraxılmırlar.
Heç bir kənar şəxsin kazarmalarda gecələməsinə icazə verilmir.