Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Nəzarət-buraxılış məntəqəsi növbətçisinin köməkçisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə67/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   63   64   65   66   67   68   69   70   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Nəzarət-buraxılış məntəqəsi növbətçisinin köməkçisi 
 
251.  Nəzarət-buraxılış  məntəqəsi  növbətçisinin  köməkçisi  çavuşlardan  və  ya 
əsgərlərdən təyin olunur. O, nəzarət-buraxılış məntəqəsi növbətçisinə tabedir. 
Növbətçinin növbəti köməkçisi daim nəzarət-buraxılış məntəqəsində olmalıdır və 
gələn şəxslərin alayın (briqadanın) ərazisinə düzgün buraxılmasına, həmçinin hər hansı 
əmlakın düzgün çıxarılmasına (aparılmasına) və ya gətirilməsinə cavabdehdir. 
252. Nəzarət-buraxılış məntəqəsi növbətçisi köməkçisinin vəzifəsidir: 
nəzarət-buraxılış  məntəqəsindən  keçənlərin  hamısının  şəxsiyyətini  təsdiq  edən 
sənədləri və ya buraxılış vərəqələrini nəzarət-buraxılış məntəqəsində olan nümunələrlə 
tutuşdurub diqqətlə yoxlamaq;  
öz  alayının  (briqadasının)  zabitlərini,  gizirlərini,  həmçinin  müddətindən  artıq 
xidmət  çavuşlarını  şəxsiyyət  vəsiqəsi  ilə  buraxılış  vərəqəsiz,  əgər  onları  üzdən 
tanıyırsa,  şəxsiyyət  vəsiqəsini  tələb  etmədən  buraxmaq;  müddətli  xidmət  hərbi 
qulluqçularını  isə  buraxılma  (məzuniyyət)  vərəqəsi  ilə  formada  və  səliqəli  geyinmiş 
halda buraxmaq;  


buraxılış  vərəqələrinin  vaxtı  keçməməsinə,  daimi  buraxılış  vərəqələrindəki  foto 
şəkillərin onları təqdim edənlərə uyğun olmasına, gələnlər geri qayıdarkən birdəfəlik 
buraxılış vərəqəsində yanına getdiyi şəxsin qeydinin olmasına diqqət yetirmək;  
hər  hansı  əmlakın  çıxarılması  (aparılması)  və  ya  gətirilməsi  zamanı  buraxılış 
vərəqəsinin  (yol  vərəqəsinin)  olmasını,  şəxsin  nəyi  və  hansı  miqdarda  (yerlərin  sayı) 
çıxarmasına  (aparmasına)  və  ya  gətirməsinə  icazə  verildiyini  yoxlamaq;  ancaq  yol 
vərəqəsi olan maşınları buraxmaq;  
vaxtı  keçmiş  buraxılış  vərəqəsi  olan  və  sənədlərinin  düzgülüyü  şübhə  doğuran 
şəxslər barəsində nəzarət-buraxılış məntəqəsi növbətçisinə məlumat vermək;  
alay  (briqada)  komandirinin,  onun  müavinlərinin,  həmçinin  generalların, 
admiralların  və  öz  hərbi  hissəsindən  olmayan  zabitlərin  gəlmələri  barədə  nəzarət-
buraxılış məntəqəsi növbətçisinə dərhal məlumat vermək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin