278. Bölmələr yaşayış məntəqəsində yerləşdirilərkən, dərhal ayaqyolular
düzəldilməlidir.
Onların vaxtında düzəldilməsinə və təmiz saxlanmasına xüsusi diqqət
yetirilməlidir.
279. İçmək və xörək bişirmək üçün su ancaq bu məqsədlərdən ötrü seçilmiş
quyulardan (və ya başqa mənbələrdən) götürülür; quyuların çirklənməsinin qarşısını
almaqdan ötrü tədbir görülür və həmçinin onların gecə-gündüz qorunması təşkil edilir.
280. Hər binada hərbi qulluqçuların davranışına, daxili intizama riayət
olunmasına, binadakı əmlakın toxunulmazlığına, həyətin təmizlənməsinə və həmçinin
yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə cavabdeh olan böyük təyin edilir.
Bütün hərbi qulluqçulara bina sahiblərinə məxsus olan əşyalardan icazəsiz
istifadə etmək qadağandır.
281. Yaşayış məntəqəsində yerləşdikdə silahlar və döyüş sursatı quru yerdə,
qapılardan, sobalardan, qızdırıcı cihazlardan aralı saxlanmalıdır və sutkalıq naryad
onları daim mühafizə etməlidir. Rəsmi geyimlər və ləzavimat bu məqsəd üçün
düzəldilmiş yerdən asılır. Şəxsi əşyalar və dəyişək alt paltarları arxa çantasında
saxlanılır.
282. Daxili qaydalara və alayın (briqadanın) yerləşdiyi yerdən müddətli xidmət
hərbi qulluqçularının buraxılmasına aid olan bütün başqa hallarda kazarma
vəziyyətində onlar üçün nəzərdə tutulan qaydalara əməl olunmalıdır.
Dostları ilə paylaş: