«Yat» siqnalından «Qalx» siqnalına qədər növbətçilərin xəttə çağırılması üçün
komanda verilmir.
328. Növbətçiləri xəttə çağırdıqda, onlar üzləri çölə tərəf öz yerlərində aşağıdakı
qaydada dururlar:
bölük növbətçiləri (sol cinahdakından başqa) — öz bölüklərinin sağ cinahlarında
növbədə duran gün növbətçisindən bir addım qabaqda, taborun sol cinah bölüyünün
növbətçisi isə sol cinahda;
alay (briqada) növbətçisi — bayraq dayağının önündə, ondan üç addım qabaqda,
onun köməkçisi isə növbətçidən bir addım arxada;
növbətçi siqnalçı — alay (briqada) növbətçisi köməkçisinin arxasında bölük
növbətçiləri ilə bir xətdə.
329. 326-cı maddədə göstərilən şəxslər düşərgəyə gəldikdə, alay (briqada)
növbətçisi qarşılamaq üçün alayın (briqadanın) onların gəlməsi gözlənilən cinahına
çıxır, göstərilən şəxslər gəldikdə raport verir və onları müşayiət edir.
Gələn komandiri (rəisi) alay (briqada) komandiri qarşılayıb ona raport verdiyi
hallarda, alay (briqada) növbətçisi ancaq özünü təqdim edir.
Dostları ilə paylaş: