Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Təlim mərkəzində (düşərgəsində) daxili qayda-qanun



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə81/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   77   78   79   80   81   82   83   84   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Təlim mərkəzində (düşərgəsində) daxili qayda-qanun 
 


314.  Təlim  mərkəzində  (düşərgəsində)  daxili  qayda-qanun,  günün  nizam 
qaydaları  və  şəxsi  heyətin  təlim  mərkəzindən  (düşərgəsindən)  buraxılma  qaydaları 
böyük  komandirin  (rəisin)  əmri  və  ya  sərəncamına  əsasən  alay  (briqada)  komandiri 
tərəfindən müəyyən edilir. 
Alay  (briqada)  komandirinin  buraxılanların  sayını  azaltmaq  və  ya  bütün  şəxsi 
heyətin buraxılmasını müvəqqəti qadağan etmək hüququ vardır. 
315. Kənar şəxslər təlim mərkəzinə (düşərgəsinə) ancaq bu Nizamnamənin 206-
209-cu  maddələrinə  əsasən  alay  (briqada)  komandirinin  və  ya  böyük  komandirin 
(rəisin) müəyyən etdiyi qaydalara riayət etməklə buraxılırlar. 
316.  Şəxsi  heyətin  hüdudlarından  çıxması  qadağan  olunan  təlim  mərkəzi 
(düşərgəsi) rayonunun dəqiq sərhədləri alay (briqada) üzrə əmrlə elan olunur. 
317.  Təlim  mərkəzində  (düşərgəsində)  bütün  yollarda  döyüş  maşınlarının  və 
digər  maşınların  hərəkət  sürəti,  istiqamət  göstəriciləri,  həmçinin  digər  yol  nişanları 
qoyulur. 
Tırtıllı maşınlar üçün ayrı yollar müəyyən edilir. 
318.  Təlim  mərkəzinin  (düşərgəsinin)  ərazisi  təmiz  saxlanılmalıdır.  Zibil  yığılır, 
alayın  (briqadanın)  yerləşdiyi  ərazinin  sərhədlərindən  3  km-dən  yaxın  olmayan  və 
sanitar nəzarəti orqanları ilə razılaşdırılmış yerə daşınır. 
319.  Təlim  mərkəzlərində  (düşərgələrində)  şəxsi  heyətin  açıq  su  hövzələrində 
çimməsi qaydaları alay (briqada) komandiri tərəfindən müəyyən edilir. 
Çimməyə xüsusi ayrılmış və müvafiq surətdə hazırlanmış yerlərdə icazə verilir. 
Əsgərlər və çavuşlar çimməyə təyin edilmiş böyüyün komandası altında sıra ilə 
gedirlər. 
Çimmə  zamanı  qaydalara  nəzarət  etmək,  suda  bədbəxt  hadisələrin  qarşısını 
almaq və çimmə yerlərində  ilk yardım göstərmək üçün zabitlərdən və ya gizirlərdən 
növbətçilər, növbətçi üzgüçülər komandası və növbətçi feldşer (sanitar təlimatçı) təyin 
edilir. 
Çimmə  zamanı  bölmə  komandirləri  (komanda  böyükləri)  çimənlərə  sahildən 
nəzarət etməlidirlər. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin