Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Parkın gün növbətçisi 304. Parkın gün növbətçisi əsgərlərdən və ya çavuşlardan təyin edilir. O, parkda
müəyyən olunmuş qayda-qanuna riayət edilməsinə, maşınların parkdan və parka
buraxılmasının düzgünlüyünə cavabdehdir. Parkın gün növbətçisi park növbətçisinə
tabedir.
305. Parkın növbədə duran gün növbətçisinin vəzifəsidir:
hərbi qulluqçuları parka, həmçinin maşınları və başqa texnikanı parkdan və
parka ancaq park növbətçisinin icazəsi ilə buraxmaq;
parkda təmizliyə və qayda-qanuna diqqət yetirmək;
xüsusi ayrılmış və hazırlanmış yerlər istisna olmaqla park otaqlarında və
ərazisində papiros çəkilməsinə və od qalanmasına yol verməmək;
maşınların ancaq park növbətçisinin icazəsi ilə dayanacaq yerlərinə qoyulmasına
diqqət yetirmək;
soyuq vaxtlarda parkın qızdırılan otaqlarının havasının temperaturuna diqqət
yetirmək; parkın qızdırılmayan otaqlarında və çöl parklarında mühərriklərin soyuducu
sistemlərindən suyun buraxılmasını və «Suyu buraxıb» yazısı olan lövhələrin
asılmasını yoxlamaq; bərk şaxtada maşınlardan akkumulyator batareyalarının
çıxarılmasını və «Akkumulyator batareyası çıxarılıb», yazısı olan lövhələrin asılmasını
yoxlamaq;
yanğın baş verdikdə, dərhal onun söndürülməsindən ötrü tədbir görmək və bu
barədə park növbətçisinə məlumat vermək;
parkda baş verən bütün qayda-qanun pozuntuları barəsində dərhal park
növbətçisinə məlumat vermək.
306. Növbədə durmayan gün növbətçisi parkda işləyən zaman parkın daxili
qayda-qanununu və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə diqqət yetirir.
Park nöbətçisinin icazəsi olmadan onun heç yerə getməyə ixtiyarı yoxdur.