maşınların çıxması və qayıtması jurnalını müəyyən olunmuş formada
doldurmaq;
maşınların reyslərdən parka vaxtında qayıtmasına diqqət yetirmək, onlar
yubandığı hallarda alay (briqada) növbətçisinə məlumat vermək;
yol vərəqəsindəki qeydlərə müvafiq əmlakın parkdan aparılmasına (parka
gətirilməsinə) nəzarət etmək, həmçinin parka və onun ərazisinə kənar şəxslərin
buraxılmamasına
diqqət yetirmək;
parkda günün nizam qaydalarının yerinə yetirilməsinə diqqət yetirmək, şəxsi
heyətin hansı işlər gördüyünü bilmək, maşınlara və başqa texnikaya xidmət
göstərilməsi və onların təmiri, yaxud abadlıq ilə əlaqədar olmayan işlərin aparılmasına
yol verməmək;
parkda maşınların sayını, harada olmasını, həmçinin saz və nasaz maşınların və
digər texnikanın sayını daim bilmək;
park otaqlarının və ərazisinin təmizliyinə və qayda-qanuna diqqət yetirmək;
park otaqlarında sobaların, su və yağ qızdırıcılarının vaxtında və düzgün
qalanmasına, qış vaxtı bütün otaqlarda müəyyən olunmuş temperaturun saxlanmasına
diqqət yetirmək;
soyuq vaxtlarda parkın qızdırılmayan otaqlarında və çöl parklarında
mühərriklərin soyuducu sistemlərindən suyun buraxılmasını və «Suyu buraxılıb»
yazısı olan lövhələrin asılmasını yoxlamaq; bərk şaxtada maşınlardan akkumlyator
batareyalarının çıxarılmasını və «Akkumulyator batareyası çıxarılıb» yazısı olan
lövhələrin asılmasını yoxlamaq;
yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə diqqət yetirmək (5 saylı
əlavə), yanğınsöndürmə vasitələrinin olmasını və vəziyyətini, həmçinin yanğın halları
üçün yanğın siqnalizasiyasının və növbətçi yedəkçinin hazırlığını yoxlamaq;
xüsusi ayrılmış və hazırlanmış yerlər istisna olunmaqla, park otaqlarında və
ərazisində papiros çəkilməsinə və od qalanmasına yol verilməməsinə diqqət yetirmək;
parka qayıdan maşınlara və digər texnikaya vaxtında texniki xidmət göstərilməsi
üçün tədbirlər görmək;
müəyyən olunmuş qaydalara riayət etməklə, maşınların ancaq yanacaqdoldurma
məntəqələrində yanacaqla doldurulmasına diqqət yetirmək;
yanacaq doldurulmamış maşınların dayanacaq yerinə qoyulmasına icazə
verməmək;
axşam bütün işlər qurtardıqdan sonra parkda işıqların söndürülməsinə və ancaq
növbətçi işığın saxlanmasına, parkın bayır tərəfində isə bütün işıqların yandırılmasına
diqqət yetirmək;
tormoz mayelərinin və soyuducu mayelərin saxlanması üçün nəzərdə tutulmuş
yerlərin (hasarlanmış meydançaların) qıfıllarının və plomblarının, həmçinin su və yağ
qızdırıcılarında saxlanan aşağı temperaturda donan soyuducu mayelər olan taraların
plomblarının olmasını və sazlığını yoxlamaq;
303. Parkda iş qurtardıqdan sonra park növbətçisi parkın bütün otaqlarının və
ərazisinin qaydaya salınmasına diqqət yetirir, bölmə komandirlərindən möhürlənmiş
park otaqlarını, açıq meydançalarda və talvar altında saxlanan texnikanı və silahları
qəbul edir. Açılmış otaqlar yoxlandıqdan və möhürləndikdən sonra onları qarovula
təhvil verir.
Dostları ilə paylaş: