Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə85/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   81   82   83   84   85   86   87   88   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

7
 
 
Hərbi eşelonun (komandanın) rəisi 
 
337.  Hərbi  eşelonun  (komandanın)  rəisi  hərbi  eşelonun  (komandanın)  döyüşə 
daimi  hazırlığına,  vaqonlara  (gəmiyə,  hava  gəmisinə)  vaxtında  minib  düşməsinə, 
həmçinin  yüklənib  boşaldılmasına;  hərbi  eşelonun  (komandanın)  şəxsi  heyətinin 
nizam-intizamına,  qayda-qanuna  və  daşınma  qaydalarına  riayət  etməsinə;  hərtərəfli 
təminatın  təşkilinə;  daşınan  döyüş  texnikasının  və  digər  texnikanın,  başqa  maddi 
vasitələrin;  həmçinin  qatarın  (gəminin,  hava  gəmisinin)  və  onun  avadanlığının 
qorunub saxlanmasına cavabdehdir. 
Hərbi eşelonun (komandanın) rəisi hərbi hissə komandirinə, yaxud hərbi eşelonu 
(komandanı) təşkil edən şəxsə və yol hərbi komendantlarına tabedir. O, hərbi eşelonun 
(komandanın) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
338. Hərbi eşelon (komanda) rəisinin vəzifəsidir: 
hərbi  eşelonun  (komandanın)  müəyyən  edilmiş  müddətdə  vaqonlara  (gəmilərə, 
hava  gəmilərinə)  minməsini  (yüklənməsini),  düşüb-minməsini  (boşaldılıb-
yüklənməsini) və düşməsini (boşaldılmasını) mütəşəkkil keçirmək;  
vaqon  (gəmidə  yaşayış  otaqları)  böyüklərinin  avadanlığı  qəbul  etmələrinə  və 
boşaldılma yerlərində onu təhvil vermələrinə diqqət yetirmək;  
hərbi  eşelonda  hərtərəfli  təminatı,  daxili  və  qarovul  xidmətlərini,  yanğına  qarşı 
tədbirlərin görülməsini təşkil etmək;  
döyüş  texnikası  və  digər  texnikanın  yerləşdirilməsinə,  onun  bərkidilməsinə, 
saatdarların  və  müşahidəçilərin  təhlükəsizliyini  təmin  edən  vasitələrin  etibarlılığına 
nəzarəti təşkil etmək;  
hərbi  eşelonun  (komandanın)  qəfildən  vaqonlardan  boşaldılıb  marşla  təyinat 
rayonuna  getməsinə  və  ya  dağıdılmış  nəqliyyat  obyektlərini  ötüb  keçərək  yenidən 
vaqonlara yüklənməsinə hazırlığını təmin etmək;  
hərbi  eşelon  (komanda)  üçün  nəqliyyat  sənədlərinin  vaxtında  tərtib  olunmasını 
təmin etmək;  
sutkalıq  naryadın  dəyişdirilməsi  vaxtını  təyin  etmək,  həmçinin  şəxsi  heyətin 
qidalanma qaydasını müəyyən etmək və ərzaq bölgüsünü təsdiq etmək;  
eşelonda  rabitəni  təşkil  etmək,  yüklənmə-boşaltma  komandalarının  və  digər 
komandaların rəislərini təyin etmək;  
eşelonun  hərəkəti  yolunda  yol  hərbi  komendantlarına  hərbi  eşelonun 
(komandanın)  vəziyyəti  haqqında  məlumat  vermək  və  onlara  marşrut  vərəqəsini 
təqdim etmək;  


şəxsi  heyətin  daşınma  qaydalarına  və  təhlükəsizlik  tədbirlərinə  riayət  etməsinə 
diqqət yetirmək;  
eşelondan  qalmış  hərbi  qulluqçular  barəsində  yol  hərbi  komendantlarına,  onlar 
olmayan  yerlərdə  isə  hərbi  qulluqçuların  qaldıqları  stansiyanın  (limanın,  aeroportun) 
rəisinə, dəniz limanı idarəsinə xəbər vermək;
8
 
düşmən  tərəfindən  eşelonun  hərəkəti  pozulduqda,  həmçinin  qəza,  yanğın,  qar 
uçqunu,  yolları  su  yuyub  aparması  və  ya  digər  hadisələr  baş  verdikdə,  pozulmuş 
hərəkətin bərpasında nəqliyyat orqanlarına kömək göstərmək;  
xəstələri  (yaralıları)  hərbi  eşelonun  vaqon  (kupe,  kayut)  izolyatoruna 
yerləşdirmək;  eşelonla  yolu  davam  etdirə  bilməyənləri  isə  yaxındakı  hərbi,  yaxud 
mülki  müalicə  müəssisəsinə  təhvil  vermək;  hərbi  eşelonun  (komandanın)  şəxsi 
heyətindən ölən olarsa, mərhumun cənazəsini onun əşyaları, sənədləri, məktubları və 
pulu  ilə  birlikdə  ən  yaxın  hərbi  qospitala,  yaxud  mülki  xəstəxanaya  təhvil  vermək 
(uzun müddətli  dəniz səfərlərində  isə mərhumun cənazəsini dənizçi qaydası  ilə dəfn 
etmək).  
Hərbi  eşelon  (komanda)  rəisinin  hərbi  eşelonun  (komandanın)  daşınması  və 
təminatı  məsələləri  haqqında  danışıqlar  aparmaq  üçün  nəqliyyatın  rabitə 
vasitələrindən (teleqraf, telefon, radio) pulsuz istifadə etmək hüququ vardır. 
339. Hərbi eşelon (komanda) rəisi daşınmaya aid məsələləri hərbi komendantla, o 
olmayan  yerlərdə  isə  stansiya  (liman,  aeroport)  rəisi,  dəniz  limanı  idarəsi  ilə  həll 
etməlidir.
9
 
340.  Bir  qatarda  (gəmidə,  hava  gəmisində)  bir  neçə  hərbi  eşelon  (komanda) 
gedirsə,  hərbi  hissə  komandiri  və  ya  hərbi  komendantın  qərarı  ilə  bu  eşelonlardan 
(komandalardan)  birinin  rəisi  o  biri  eşelonların  (komandaların)  rəisləri  üçün  böyük 
təyin olunur və bu barədə marşrut vərəqələrində müvafiq qeydlər edilir. 
341.  Hərbi  eşelondan  texniki  nasazlıq  üzündən  vaqon  açılarsa,  hərbi  eşelonun 
rəisi onların dəyişdirilməsini tələb etməlidir. Sərnişin və adam daşınan vaqonları əvəz 
etmək mümkün olmayan hallarda onların şəxsi heyəti müvəqqəti olaraq qatarın başqa 
vaqonlarında yerləşdirilir. 
Döyüş  texnikası  və  digər  texnika  olan  vaqon  açıldıqda,  texnika  ilə  birlikdə 
ekipajlar (sürücülər, heyətlər), maddi vasitələr olan vaqonlarla birlikdə isə qarovul da 
saxlanılır.  Səfər  vaxtı  və  ya  təyinat  məntəqəsində  bu  şəxslərin  öz  hərbi  hissələrinə 
qoşulması üçün tədbir görülür. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin