Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Eşelon rəisinin təchizat üzrə köməkçisi 344. Eşelon rəisinin təchizat üzrə köməkçisi eşelonun yolda olduğu müddətdə
onun maddi vasitələrlə vaxtında və tam təminatına, hamam-camaşırxana xidmətinə
cavabdehdir. O, hərbi eşelon rəisinə tabedir və bilavasitə tabeliyində olan şəxsi heyətin
birbaşa rəisidir.
345. Eşelon rəisinin təchizat üzrə köməkçisinin vəzifəsidir:
hərbi hissə qərargahından daşınma vaxtı zəruri olan ərzağı, əşya əmlakını və
onların uçotu üçün lazım olan bütün sənədləri almaq;
göndərmə məntəqəsində norma üzrə müəyyən olunmuş ərzaq məhsullarının
alınmasını və onların eşelonda daşınmasını, həmçinin yolboyu sərf olunan ehtiyatın
tamamlanmasını təmin etmək; eşelonda mətbəx olmayan hallarda hərbi ərzaq
məntəqələrindən isti xörək alınmasını təşkil etmək;
mətbəxləri və adamlar daşınan vaqonları yanacaq, su, inventar və qab-qacaqla
təmin etmək;
eşelonun həkimi ilə birlikdə eşelon mətbəxlərində isti xörək hazırlamaq üçün
lazım olan ərzaq bölgüsünü tərtib edib, təsdiq olunmaq üçün eşelon rəisinə təqdim
etmək;
adam daşınan vaqonların avadanlığından düzgün istifadə edilməsini, həmçinin
eşelonun yanğından mühafizəsini təşkil etmək;
eşelonun şəxsi heyəti üçün hamam-camaşırxana xidmətini təşkil etmək.