Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Bölük komandiri 346. Bölük komandiri özünün birbaşa rəislərinə və hərbi eşelonun (komandanın)
rəisinə tabedir. Bu Nizamnamənin müvafiq maddələrinə göstərilmiş birbaşa
vəzifələrindən əlavə bölük komandirinin vəzifəsidir:
şəxsi heyəti, silahları, döyüş texnikasını və digər texnikanı, bölüyün başqa maddi
vasitələrini daşınmaq üçün hazırlamaq, onları yükləmə planına əsasən vaqonlar (gəmi
otaqları) arasında bölüşdürmək;
şəxsi heyətə daşınma qaydaları və təhlükəsizlik tədbirləri haqqında təlimat
vermək, hərbi eşelonun (komandanın) nömrəsini, hərbi eşelon (komanda) rəisinin hərbi
rütbəsini və soyadını onlara elan etmək;
eşelon rəisinin göstərişi ilə sutkalıq naryada, yükləmə-boşaltma, yaxud başqa
komandalara şəxsi heyət ayırmaq və ocaqçılar təyin etmək;
bölmənin eşelona yüklənməsinə, boşaldılıb yenidən yüklənməsinə və
boşalmasına şəxsən rəhbərlik etmək; döyüş texnikasının və digər texnikanın, başqa
maddi vasitələrin düzgün yüklənməsini, yerbəyer edilməsini, bərkidilməsini və
maskalanmasını təmin etmək; onların vəziyyətinə yolda nəzarət etmək;
bölmənin şəxsi heyəti ilə məşğələlər və tərbiyə işi aparılmasını təşkil etmək;
bölüyün şəxsi heyətinin hərbi intizama və müəyyən olunmuş daşınma
qaydalarına riayət etməsinə, həmçinin vaqonların (gəmi otaqlarının) avadanlığının
qorunub saxlanmasına diqqət yetirmək.