XII fəsil. Qoşunların daşınması zamanı daxili xidmətin xüsusiyyətləri
Ümumi müddəalar
330. Şəxsi heyəti, texnikası və silahları sayca çox olan hərbi hissələr, bölmələr və
komandalar dəmiryolu və su nəqliyyatı ilə daşınarkən onlardan hərbi eşelonlar təşkil
edilir.
Hər bir hərbi eşelona nömrə verilir.
Hava nəqliyyatı ilə daşınma zamanı hər bir hava gəmisi üçün hərbi komandalar
komplektləşdirilir.
331. Hərbi eşelonun (komandanın) şəxsi heyəti qoşunların daşınması vaxtı
müəyyən edilmiş davranış qaydalarını bilməli və onlara riayət etməli, sayıq olmalı,
dövlət sirrini saxlamalı və dövlət əmlakını qorumalıdır.
332. Hər bir hərbi eşelona hərbi hissə komandirinin (müəssisə rəisinin) əmri ilə
rəis, rəisin tərbiyə işləri üzrə müavini, təchizat üzrə köməkçisi, rabitə rəisi, həkim
(feldşer) təyin edilir.
Hərbi komandaya komanda rəisi təyin edilir. Daşınan bölmələrin komandirləri və
ya hərbi eşelonun rəisi tərəfindən vaqonlara (gəmidə yaşayış otaqlarına) böyüklər,
hərbi komandanın rəisi tərəfindən isə hava gəmilərinin kabinələrinə gün növbətçiləri
təyin edilir.
Hərbi eşelon (komanda) rəisinin hərbi rütbəsi və soyadı, hərbi eşelonun
(komandanın) nömrəsi bütün şəxsi heyətə elan edilir.
333. Hərbi eşelonda daxili və qarovul xidmətinin yerinə yetirilməsi üçün
aşağıdakılar təyin edilir:
hərbi eşelon növbətçisi və onun köməkçisi;
bölük (onlara müvafiq bölmələr) növbətçiləri;
vaqonlar (gəmidə yaşayış otaqları, hava gəmisinin kabinəsi) üzrə gün
növbətçiləri;
qarovul;
növbətçi bölmə;
növbətçi siqnalçı.
334. Hərbi eşelonun (komandanın) şəxsi heyətinə qadağandır:
hərbi yol və nəqliyyat orqanlarının vəzifəli şəxslərinin işinə qarışmaq;
qatarı (gəmini, hava gəmisini) dayanacaqda müəyyən edilmiş vaxtdan artıq
saxlamaq;
dayandığı vaxt qatara (gəmiyə) müəyyən edilmiş komanda, yaxud siqnal verilənə
qədər minmək və düşmək (hava gəmisində öz yerini tərk etmək), qatar (gəmi)
hərəkətdə olarkən vaqona (gəmiyə), yaxud vaqondan (gəmidən tullanmaq;
qatarın hərəkəti və ya insanların həyatı üçün təhlükəli olan hallardan başqa,
qatarı stop-kranla dayandırmaq;
vaqonların (gəmilərin) üzərinə yazı yazmaq, plakatlar, şüarlar, bayraqcıqlar
yapışdırmaq və asmaq;
məktub və teleqramlarda hərbi hissənin adını göstərmək və daşınma haqqında
məlumat vermək, həmçinin bu barədə kənar şəxslərlə söhbət etmək; vaqonlara minmə
və düşmə yerlərində, həmçinin vaqonlarda (gəmi otaqlarında və hava gəmilərində)
məktublar, qəzetlər, kağızlar və s. qoyub getmək;
vaqonların damlarında, platformalarda, tormoz meydançalarında, maşınların
kabinələrində və kuzovunda, tankların qülləsində olmaq, bundan başqa, dəmir
yolunun elektrikləşdirilmiş sahələrində kontakt şəbəkəsinin metal dayaqlarına və yerlə
birləşdirmə qurğularına toxunmaq, kontakt xəttinə iki metrdən az məsafəyə
yaxınlaşmaq;
gəminin xidmət otaqlarında, gəmi komandasının iş yerlərində, xilasedici
qayıqlarda olmaq; şlyüzlərin divarlarına dırmaşmaq;
vaqonun qapı yerində, gəminin bortunda oturmaq və ya dayanmaq, vaqonların
qapılarına söykənmək;
vaqonlarda (gəmilərdə) müəyyən olunmamış işıqlandırılma və qızdırılma
növlərini tətbiq etmək;
ehtiyac olmadan dəmiryolunda (limanın, aeroportun ərazisində) gəzmək;
stansiyaların (limanların, aeroportların) ərazisini zibilləmək və onların hüdudlarında
tonqal qalamaq; nəqliyyat əmlakını özbaşına götürmək;
vaqonlardan (gəmilərdən) hərəkət vaxtı bayıra hər hansı bir şey tullamaq.
335. Hərbi eşelonla kənar şəxsləri, həmçinin hərbi eşelona məxsus olmayan
yükləri daşımaq qadağandır. Hərbi eşelonla nəqliyyat üzrə vəzifəli şəxslərin, həmçinin
eyni istiqamətdə gedən hərbi komandaların aparılmasına yol hərbi komendantı icazə
verməlidir.
336. Hərbi eşelondan (komandadan) geri qalan hərbi qulluqçu yol hərbi
komendantına, o olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisinə , dəniz limanı
idarəsinə yaxınlaşıb, geri qalmasının səbəbini bildirməli, hərbi eşelonun (komandasının)
nömrəsini deməli və hərbi komendantın, yaxud stansiya (liman, aeroport) rəisinin ,
dəniz limanı idarəsinin göstərişi ilə hərəkət etməlidir.
Dostları ilə paylaş: |