vəzifələrini 260 və 261-ci maddələrə uyğun yerinə yetirirlər. Bundan əlavə, gün
növbətçiləri çadırlarda olan hərbi qulluqçulara və qonşu gün növbətçilərinə
sərəncamları səs ilə ötürməli, hərbi qulluqçuların təbii tələbatlarını yerinə yetirməkdən
ötrü bunun üçün ayrılmış yerə getmələrinə nəzarət etməlidirlər.
322. Bölüklər səhər baxışını və axşam yoxlanışını keçirmək üçün özlərinin ön və
yan xətlərində düzülürlər. Pis havada alay (briqada) növbətçisinin sərəncamı ilə axşam
yoxlanışını çadırlarda aparmağa icazə verilir.
323. Axşam yoxlanışı alay (briqada) növbətçisinin «Yoxlanışa başla» komandası
(siqnalı) ilə aparılır.
Axşam yoxlanışından ötrü növbətçilər və gün növbətçiləri xəttə çıxırlar və 328-ci
maddənin tələblərinə uyğun olaraq dururlar, bölmələr isə bölük başçavuşu tərəfindən
özlərinin ön, yaxud yan xəttində sıraya düzülürlər.
324. «Şəfəq» üçün müəyyən olunmuş saatda alay, briqada (düşərgə toplanışı)
növbətçisi «Farağat» komanadsı verir və «Şəfəq» çalmağı əmr edir. Orkestr (siqnalçı)
«Şəfəq» çalır. Ümumalay, ümumbriqada (ümumdüşərgə) axşam yoxlanışı aparıldıqda
«Şəfəq» çalınıb qurtardıqdan sonra orkestr Azərbaycan Respublikasının Dövlət himnini
ifa edir, şəxsi heyət isə himni oxuyur, bundan sonra alay, briqada (düşərgə toplanışı)
növbətçisi «Azad», «Çadırlara» komandaları verir. Orkestr marş çalır.
Müəyyən olunmuş saatda «Yat» siqnalı verilir. Yoxlamadan sonra bölük
növbətçiləri raport vermək üçün alay (briqada) növbətçisinin yanına gəlirlər.
325. Bürkülü havada gündüzlər və gecələr alay (briqada) növbətçisinin sərəncamı
ilə gün növbətçiləri çadırların ətəklərini qaldırırlar. Quru havada düşərgə xətlərinə,
yollara və çadırlararası cığırlara su səpilir.
Dostları ilə paylaş: