Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
xüsusiyyətləri Ümumi müddəalar 309. Qoşunların təlim mərkəzlərinə (düşərgələrinə) çıxarılması qaydası döyüş
hazırlığı planına uyğun və ya böyük komandirlərin (rəislərin) göstərişinə əsasən
müəyyən olunur.
310. Qoşunlar təlim mərkəzlərində binalarda, yaxud düşərgə qaydasında
(çadırlarda) yerləşirlər.
Qərargahlar, tibb məntəqələri, emalatxanalar, anbarlar və təsərrüfat idarələri
əksər hallarda otaqlarda yerləşdirilir. Silahlar, döyüş texnikası və digər texnika
parklarda yerləşdirilir, onlar binalarda yerləşdirilmədikdə isə üstlərini çexolla və ya
brezentlə örtürlər.
311. Hərbi hissələr (bölmələr) təlim mərkəzlərində (düşərgələrində) olduqda,
daxili xidmət bu Nizamnamənin 4-8 və 10-cu fəsillərinin, həmçinin bu fəslin
müddəalarına uyğun təşkil edilir.
312. Təlim mərkəzində müxtəlif hərbi birləşmələrə (hissələrə), aid olan hərbi
hissələrin (bölmələrin) toplanışı keçirildikdə, düşərgə toplanışının rəisi böyük
komandir (rəis) tərəfindən təyin olunur. O, döyüş hazırlığının təşkilinə və gedişinə;
şəxsi heyətin tərbiyəsinə, əsgəri intizamın vəziyyətinə, həmçinin toplanışdakı
hissələrdə (bölmələrdə) daxili qayda-qanuna cavabdehdir.
Düşərgə toplanışının rəisi toplanışdakı bütün hərbi hissələrin (bölmələrin)
birbaşa rəisidir. O, öz vəzifəsini bu fəsildə alay (briqada) komandiri üçün müəyyən
edilən vəzifələrə uyğun yerinə yetirir.
313. Düşərgə toplanışı rəisinin əmri ilə sutkalıq naryada düşərgə toplanış
növbətçisi təyin edilir və o, öz vəzifəsini alay (briqada) növbətçisi üçün müəyyən edilən
vəzifələrə (238-244-cü maddələr) uyğun yerinə yetirir.