şəxsi heyət tərəfindən dövlət sirrinin qorunub saxlanmasına, intizama, daxili
qayda-qanuna, hərbi forma geymə qaydalarına və təhlükəsizlik tədbirlərinə riayət
edilməsinə diqqət yetirmək;
eşelon rəisinin icazəsi olmadan, yaxud komanda (siqnal) verilmədən şəxsi heyətin
vaqondan (gəmidə yaşayış otağından) çıxmasına, silahların, hərbi sursatın və ya
əmlakın çıxarılmasına yol verməmək;
vaqonda (gəmidə yaşayış otağında) hərbi eşelona məxsus olmayan yüklərin və
kənar adamların icazəsiz aparılmasına yol verməmək;
vaqonda (gəmidə yaşayış otağında) normal temperaturun saxlanmasına və
yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə diqqət yetirmək; vaqonda yanğın
baş verdikdə, onun söndürülməsi üçün bütün tədbirləri görmək və qatarın
dayandırılması üçün siqnallar vermək, gəmidə isə yanğını söndürməklə yanaşı, bu
barədə hərbi eşelon növbətçisinə məlumat vermək;
eşelondan düşməyə hazırlıq göstərişi alan kimi şəxsi heyətə geyinməyi, silahları
və şəxsi əşyalarını götürməyi, sobaların qalanmasının dayandırılmasını və sobalarda
odun söndürülməsini əmr etmək;
düşəndən sonra bütün əmlakın götürülməsini və sobaların söndürülməsini
yoxlamaq;
bölmə komandirinə və hərbi eşelon növbətçisinə xəstələnənlər, eşelondan qalan
hərbi qulluqçular, həmçinin itmiş, xarab olmuş silahlar, maddi vasitələr, vaqon (gəmi
otağı) avadanlığı və digər hadisələr barədə məlumat vermək.
Dostları ilə paylaş: