Bölüyün şəxsi heyətinin tibbi müayinəsinin və yoxlanmasının nəticələrini həkim
tibb kitabçalarına yazır. Tibbi müşahidəyə ehtiyacı olan hərbi qulluqçular uçota
götürülür və vaxtaşırı kontrol tibbi müayinədən keçirilirlər.
376. Hər hansı bir səbəbə görə tibbi müayinədən keçməyən hərbi qulluqçular
imkan düşən kimi müayinədən keçirilmək üçün alay (briqada) tibb məntəqəsinə
göndərilirlər.
377. Tibb xidməti rəisi alayın (briqadanın) şəxsi heyətinin tibbi müayinəsinin
nəticələrini, həmçinin zəruri sağlamlıq tədbirlərinin keçirilməsi üzrə təkliflərini alay
(briqada) komandirinə məlumat verməlidir.
Dostları ilə paylaş: