Alayda (briqadada) yoluxucu xəstəliklər aşkar edildikdə, alay (briqada) tibb
xidməti rəisi bu barədə dərhal alay (briqada) komandirinə məlumat verir,
xəstələnənlərin vaxtında aşkar edilməsini, izolyasiyasını və qospitallaşdırılmasını
təmin edir, bölmələrdə dezinfeksiya işi aparır, xəstələrlə təmasda olan şəxslər üzərində
müşahidə təşkil edir və sanitar-gigiyena nəzarətini gücləndirir. Zəruri hallarda alaya
(briqadaya) karantin qoyulur, mülki əhali ilə təmas məhdudlaşdırılır, yaxud tamam
kəsilir, alay (briqada) daxilində kütləvi yığıncaqlar və tamaşalar qadağan edilir, əlavə
izolyatorlar təşkil edilir, fərdi profilaktik tədbirlər aparılır və sairə.
Taktiki təlimlər keçirilən zaman təlim rayonlarının və marşrutlarının sanitar-
epidemioloji kəşfiyyatı təşkil olunur.
382. Hərbi qulluqçu ilə bir mənzildə yaşayan şəxslərin arasında yoluxucu xəstəlik
baş verdikdə, hərbi qulluqçu bu barədə komanda üzrə məlumat verməlidir. O, öz
xidmət vəzifələrini ancaq tibb xidməti rəisinin rəyi və alay (briqada) komandirinin
icazəsi ilə yerinə yetirə bilər.
383. Hərbi qulluqçu tibbi komissiyaya yalnız alay (briqada) tibb xidməti rəisinin
rəyi ilə alay (briqada) komandiri tərəfindən göndərilir.
Dostları ilə paylaş: