Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Parklarda və anqarlarda xüsusi yanğın təhlükəsizliyi tədbirləri 10. Maşınlar (təyyarələr) elə saxlanılır ki, yanğın baş verdikdə onları tez çıxarmaq
üçün aralarında zəruri keçid qalsın.
11. Parklarda və anqarlarda yanğın baş verməsinin qarşısını almaq üçün
aşağıdakılar qəti qadağandır:
dayanacaqda duran maşınları yanacaqla doldurmaq, yanacaq bakı və yanacaq
boruları axıdan maşınları (təyyarələri) saxlamaq;
maşın dayanacaqlarında onların baklarındakından başqa yanacaq və sürtkü
materialları, eləcə də boş qablar saxlamaq;
ağ neft, benzin və başqa maye yanacaqlarla çexolları, kapotları və paltarı yumaq
və təmizləmək;
maşınlarda kənar əşyalar — xüsusilə yağlı əski, çexol, xüsusi paltar saxlamaq;
parklara və anqarlara yanacaq çənləri gətirmək və saxlamaq;
yanğın təhlükəsi olan qızdırıcılar tətbiq etmək;
baklara yanacaq doldurarkən və dayanacaqlarda od saçan əşyalardan və neft
fənərindən istifadə etmək;
maşın dayanacağı kimi istifadə olunan binalarda qaynaq işi aparmaq;
təyyarələrin mühərriklərini qızdırmaq və işə salmaq;
saxlanc və dayanacaq kimi istifadə olunan binaların darvazalarına əşyalar
yığmaq, bu binalarda anbar, emalatxana və yaşayış yeri düzəltmək;
maşınların (təyyarələrin) saxlanması və dayanacağı kimi istifadə olunan binaların
darvazalarını içəridən cəftə ilə bağlamaq.
12. Yanğın baş verdikdə, maşınların (təyyarələrin) təcili çıxarılmasını təmin etmək
üçün hər gün xüsusi troslar olan növbətçi-yedəkçilər və naryad ayrılır.