Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə104/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   100   101   102   103   104   105   106   107   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

4 saylı əlavə 
 
Hərbi andiçmə qaydası haqqında 
 
Əsasnamə 
 
1. Hər bir hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına 
daxil olarkən, fərdi qaydada hərbi and içir və onu şəxsi imzası ilə təsdiq edir. 
2. Hərbi and içirlər: 
gənc  əsgərlər  və  matroslar  —  onlar  gənc  əsgər  (matros)  proqramını  keçdikdən, 
gənc  əsgərin  (matrosun)  əsas  vəzifələrini  mənimsədikdən  hərbi  andın,  hərbi  hissənin 
Döyüş Bayrağının və hərbi intizamın mənasını dərk etdikdən sonra, lakin hərbi hissəyə 
gəldikləri gündən ay yarımdan gec olmayaraq;  
əvvəllər hərbi and içməmiş hərbi (xüsusi) məktəb kursantları və hərbi akademiya 
dinləyiciləri — yuxarı bənddə göstərilən müddətdə.  


3. Gənc əsgərlər və matroslar, eləcə də əvvəllər hərbi and içməmiş hərbi (xüsusi) 
məktəb kursantları və hərbi akademiya dinləyiciləri hərbi hissə komandirinin, məktəb, 
hərbi akademiya, idarə, müəssisə və şöbə rəisinin rəhbərliyi altında hərbi and içirlər. 
4.  Hərbi  andiçmə  vaxtı  hərbi  hissə  komandirinin  əmrində  elan  edilir.  O  vaxta 
qədər  isə  andiçənlərlə  bölmələrdə  hərbi  andın  mənası,  Azərbaycan  Respublikası 
Konstitusiyasının müvafiq maddələrinin tələbləri haqqında izahat işi aparılır. 
5.  Hərbi  hissə  təyin  edilmiş  vaxtda  Döyüş  Bayrağı  və  orkestrlə  parad  geyimi 
formasında,  müharibə  dövründə  isə  çöl  geyimi  formasında  silahla  piyada  sırasında 
düzülür. Alay (briqada), adətən bölük, yaxud taqım kolonları xəttində düzülür. Hərbi 
and  içməli  olan  şəxslər  birinci  cərgələrdə  (səflərdə)  dururlar.  Hərbi  hissə  komandiri 
qısa  nitqində  onlara  hərbi  andın  mənasını  və  Azərbaycan  Hökumətinə  sədaqətlə  öz 
xalqına, Azərbaycan Respublikasına, and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli 
və  məsul  vəzifələri,  eləcə  də  Azərbaycan  Respublikası  Konstitusiyasının  müvafiq 
maddələrinin tələblərini xatırladır. 
İzahat  nitqindən  sonra  hərbi  hissə  komandiri  «Azad»  komandası  və  bölmə 
komandirlərinə gənc əsgərlərin (matrosların) hərbi and içmələrinə başlamaq sərəncamı 
verir. 
Bölük  (batareya)  və  digər  bölmələrin  komandirləri  sıradan  öz  bölmələrinin  and 
içən əsgərlərini (matroslarını) növbə ilə çağırırlar. Hər bir and içən şəxs bölmə sırasının 
qabağında  hərbi  andın  mətnini  ucadan  oxuyur,  sonra  xüsusi  siyahıda  öz  soyadı 
qarşısında şəxsən imza edir və sırada öz yerində durur. 
Hərbi  andiçən  şəxslərin  siyahısının  blankları  Azərbaycan  Respublikası  Müdafiə 
Nazirliyinin qabaqcadan müəyyən etdiyi nümunə üzrə hazırlanır və birinci vərəqində 
Azərbaycan Respublikasının Dövlət gerbi və Hərbi andın mətni olur. 
Hərbi  andiçmə  mərasimi  qurtaran  kimi  hərbi  andiçənlərin  şəxsi  imzaları  olan 
siyahılar  bölmə  komandirləri  tərəfindən  hərbi  hissə  komandirinə  verilir.  Hərbi  hissə 
komandiri gənc əsgərləri (matrosları) hərbi and içmələri, bütün hərbi hissəni isə yeni 
tamhüquqlu əsgərlərin (matrosların) gəlmələri münasibətilə təbrik edir, bundan sonra 
orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. 
Azərbaycan  Respublikasının  Dövlət  Himni  ifa  edildikdən  sonra  hərbi  hissə 
Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  Sıra  nizamnaməsində  göstərilən 
qaydada sıra baxışı üçün təntənəli marşla keçir. 
Aşağı temperaturda və pis havada hərbi andiçmə mərasimi binada keçirilə bilər. 
Bölmələr  hərbi  hissə  komandirinin  çıxışından  sonra  binalara  gedirlər.  Hərbi  andiçmə 
mərasimi qurtaran kimi bölmələr təntənəli marşla keçmək üçün komanda üzrə yenidən 
göstərilən yerdə düzülürlər. 
Hər hansı səbəbə görə müəyyən olunmuş gün hərbi and içə bilməmiş bütün hərbi 
qulluqçular sonrakı günlərdə ayrıca hərbi hissə komandirinin rəhbərliyi altında hərbi 
hissə qərargahında hərbi and içirlər. 
6.  Hərbi  andiçmə  mərasimi  tarixi,  döyüş  və  əmək  şöhrəti  yerlərində,  eləcə  də 
Azərbaycan Respublikasının azadlığı və müstəqilliyi uğrunda mübarizədə həlak olmuş 


döyüşçülərin Şəhidlər xiyabanında keçirilə bilər. Belə hallarda andiçmə yerinə, adətən, 
ancaq and içməli olan hərbi qulluqçular gətirilirlər. 
7. Hərbi andiçmə günü bu hərbi hissə üçün iş günü sayılmır və bayram günü kimi 
keçirilir. 
8.  Hərbi  andiçmişlərin  siyahıları  hərbi  hissə  qərargahında  nömrələnmiş, 
qaytanlanmış və surqucla möhürlənmiş xüsusi qovluqda saxlanılır. 
Hərbi  qulluqçunun  hərbi  biletində  (xidmət  vərəqəsində)  hərbi  hissə  qərargahı 
rəisi  tərəfindən  «Hərbi  and  içdi  (gün,  ay,  il)»  qeydi  edilir.  Müəyyən  edilmiş  müddət 
keçdikdən sonra siyahılar arxivə verilir. 
Hərbi hissədə qeydiyyatda olan hərbi vəzifəlilərdən əvvəllər hərbi andiçməyənlər 
hərbi  hissəyə  təlim  toplanışına  gəldikləri  vaxtdan  ən  çoxu  5  gün  keçənə  qədər  and 
içməlidirlər. 
9.  Ümumi,  yaxud  qismən  səfərbərlik  elan  edildikdə,  sülh  dövründə  hərbi  and 
içməmiş  ehtiyatda  olan  bütün  hərbi  vəzifəlilər  hərbi  hissəyə  gələn  kimi  hərbi  and 
içirlər. 
10.  Hərbi  xidmətə  qəbul  olunmuş  qadın  hərbi  qulluqçular  hərbi  hissə 
qərargahında hərbi hissə komandirinin rəhbərliyi altında and içirlər. 
11.  Bu  Əsasnamənin  vaxtında  və  dəqiq  yerinə  yetirilməsinə  və  hərbi  and  içmiş 
hərbi  qulluqçuların  uçotuna,  eləcə  də  hərbi  andiçmişlərin  siyahılarının  saxlanmasına 
hərbi hissə komandiri cavabdehdir. 
 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin