Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə100/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   96   97   98   99   100   101   102   103   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Stasionar müalicə 
 
389.  Hərbi  qulluqçular  alay  (briqada)  ərazisindən  kənarda  yerləşən  müalicə 
müəssisələrinə  stasionar  müalicəyə  həkimin  rəyi  ilə,  təcili  yardım  almaq  üçün  isə  bu 
barədə  dərhal  alay  (briqada)  tibb  xidməti  rəisinə  və  alay  (briqada)  növbətçisinə 
məlumat  verməklə,  alay  (briqada)  tibb  məntəqəsinin  növbətçi  feldşeri  (sanitar 
təlimatçısı) tərəfindən göndərilirlər. 
Hərbi qulluqçular qospitala göndərildikdə, ilin fəslinə uyğun hərbi forma geyməli 
və özləri ilə tibb kitabçası, şəxsiyyəti təsdiq edən sənəd, zəruri şəxsi əşyalar və ərzaq 
attestatı, müalicə üçün qarnizon ərazisindən kənara göndərildikdə isə, həmçinin əşya 
və pul təminatı attestatını götürməlidirlər. 
Həkimin xüsusi göstərişi ilə hərbi qulluqçunun şəxsi əşyaları dezinfeksiya edilir. 
Ağır xəstələri müşayiət etmək üçün feldşer (sanitar təlimatçı) təyin edilir. 
390.  Qospitalın  rəisi  qospitala  daxil  olan  və  ya  sağaldıqdan  sonra  qospitaldan 
çıxan  bütün  hərbi  qulluqçular  barəsində  onlar  qospitala  daxil  olan,  yaxud  çıxan  gün 
həmin  hərbi  qulluqçuların  gəldikləri  alay  (briqada)  tibb  xidməti  rəisinə  yazılı  bildiriş 
göndərməlidir. Tibb xidməti rəisi bu bildirişləri alay (briqada) qərargahına verir. 
Qospitala daxil olan xəstələrdə yoluxucu xəstəlik aşkar edildikdə və ya qospitala 
xəstələr qrupla (zəhərlənmə və ya travma ilə) gəldikdə, qospital rəisi dərhal bu barədə 
həmin  xəstələrin  qulluq  etdikləri  alay  (briqada)  komandirinə  və  yaxınlıqdakı  sanitar-
epidemioloji müəssisəyə xəbər verməlidir. 
391.  Sağalmış  hərbi  qulluqçular  qospitaldan  müvafiq  sənədlərlə  öz  hərbi 
hissələrinə  göndərilirlər.  Onlar  da  həmin  sənədləri  bölüyün  başçavuşuna  təhvil 
verirlər.  Qospitaldan  buraxılmış  hərbi  qulluqçuların  tibb  kitabçaları  onlara  bağlı 
zərflərdə  verilir  və  hərbi  qulluqçular  bu  zərfləri  alay  (briqada)  tibb  xidməti  rəisinə 
təhvil verirlər, yaxud da sənədlər alaya (briqadaya) poçtla göndərilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin