1. Sorğu aparmaq üçün hərbi hissə (bölmə) təyin edilmiş yerdə düzülür. Düzülüş
qaydası və geyim forması sorğunu aparan hərbi hissə (bölmə) komandiri, yaxud
nəzarətçi (yoxlayıcı) tərəfindən müəyyən edilir.
2. Sorğu aparası rəisin qarşılanması Sıra nizamnaməsinin tələblərinə uyğun
yerinə yetirilir.
3. Hərbi hissənin hərbi qulluqçularının sorğusu əsgərlər, çavuşlar, gizirlər və
zabitlər üçün ayrı-ayrılıqda keçirilir.
Zabitlərin sorğusu tutduqları vəzifələrinə görə ayrı yəni taqım, bölük və tabor
komandirləri ilə və onlara bərabər olanlarla keçirilir. Bölük və tabor komandirlərinin
müavinləri öz komandirlərindən ayrı, alay (briqada) qərargahı zabitləri isə bölmə
zabitlərindən ayrı sorğuda iştirak edirlər.
4. Əsgərlərin sorğusu bölüklər üzrə aparılır. Zabitlər, gizirlər və çavuşlar ayrı-ayrı
komandalarla göstərilən məsafədə öz bölmələrinin sırasından çıxarılır və ortaya
sıxlaşdırılırlar. Sonra zabitləri vəzifələrinə görə ayırırlar.
Sorğu binada da aparıla bilər.
5. Sorğu apararkən hərbi hissə (bölmə) komandiri, yaxud nəzarətçi (yoxlayıcı)
hərbi qulluqçulardan kimin ərizə və şikayəti olduğunu soruşur.
Ərizəsi, yaxud şikayəti olan hərbi qulluqçu özünün hərbi rütbəsini və soyadını
deyib sıradan qabağa çıxır, ərizəsini, yaxud şikayətini şifahi izah edir, ya da onları
yazılı surətdə təqdim edir.
6. Hərbi hissə komandirinin apardığı sorğuda verilmiş şikayət və ərizələrin
hamısı, bölmə komandirinin apardığı sorğuda isə ancaq hərbi hissə komandirinin,
yaxud vəzifəcə ondan böyük rəisin tədbir görməli olduğu şikayət və ərizələr hərbi
hissənin təkliflər, ərizələr və şikayətlər kitabına yazılır.
Dostları ilə paylaş: