Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə105/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   101   102   103   104   105   106   107   108   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

5 saylı əlavə 
Yanğın təhlükəsizliyi qaydaları 
 
Hərbi hissə və bölmələrdə yanğına qarşı ümumi tədbirlər 
 
1. Hərbi hissənin ərazisi daim zibil və quru otdan təmizlənməlidir. 
Yanğından  mühafizə  üçün  su  təchizatı  mənbələrinə,  binalara  gedən  yollar  və 
düşərgə ərazisindəki bütün keçidlər yanğınsöndürən maşınların keçməsi üçün həmişə 
açıq olmalıdır. 
2. Yanğın təhlükəsizliyi məqsədilə aşağıdakılar qadağandır: 
tikintilərdən,  əmlak  olan  meydançalardan  və  maşınlardan  40  metrdən  az  olan 
məsafədə ocaq qalamaq, eləcə də parklarda, saxlanclarda, anqarlar və bunlara bənzər 
yerlərdə papiros çəkmək və alov saçan cihazlar tətbiq etmək;  
nasaz  sobalardan,  ocaq  qalamaq  üçün  alışan  mayelərdən  istifadə  etmək,  alışan 
materialları  və  əmlakı  sobaların  yaxınlığında  qoymaq;  yanan  sobaları  nəzarətsiz 
buraxmaq,  paltarları  sobaların  üstündə,  bacalarda  qurutmaq,  sobaları  şəxsi  heyətin 
istirahət etdiyi (yatdığı) saatlarda qalamaq (sobalar qalandığı dövrdə bacalar iki ayda 
bir dəfədən az olmayaraq təmizlənməlidir);  
binalarda açıq alovla (məşəl, lehimləmə lampası və s. ilə) donmuş su borularını 
qızdırmaq  (binalarda  boru  və  başqa  qurğular  buxarla,  isti  su  və  başqa  təhlükəsiz 
vasitələrlə qızdırılmalıdır);  


binaların  zirzəmilərində  yanğın  təhlükəsi  olan  materialların  və  mayelərin 
saxlanması, eləcə də onların emalı ilə bağlı anbarlar, emalatxanalar düzəltmək;  
yanğınsöndürmə vasitələrinə gedən yolları kəsmək;  
çardaqlarda,  pilləkənlərdə  və  dəhlizlərdə  alışan  material  və  əmlak  saxlamaq, 
arakəsmələr düzəltmək, köməkçi emalatxanalar və laboratoriyalar yerləşdirmək və belə 
yerlərdə yaşamaq;  
yanğınsöndürmə vasitələrindən təyinatına uyğun olmayaraq istifadə etmək;  
nasaz elektrik keçiriciləri və avadanlığından, alışmaz altlıq qoymadan — məişət 
elektrik  qızdırıcı  cihazlarından  istifadə  etmək,  eləcə  də  elektrik  lövhələrində  yanmış 
qoruyucuları məftillər və başqa predmetlərlə əvəz etmək;  
elektrik lampalarını kağız və parça ilə bürümək, məftillərin üstünü kağız, plakat, 
yaxud  divar  kağızı  ilə  örtüb  yapışdırmaq;  elektrik  işığı  şəbəkəsi  düzəltmək  üçün 
telefon məftillərindən istifadə etmək;  
yanğın  təhlükəsizliyi  baxımından  yoxlanmamış  binaları  (saxlancları)  mühafizə 
olunmağa təhvil vermək.  
3.  Paltarların  dezinfeksiyası  və  qurudulması  təchiz  edilmiş  tipli  dezkamera  və 
qurutmaxanalarda daimi nəzarət altında keçirilir. 
Paltarları kameralara asmazdan qabaq onların cibləri çevrilməlidir. 
Paltarları dezinfeksiya edərkən və qurudarkən qadağandır: 
kameralardakı temperaturu müəyyən olunmuş normadan yuxarı qaldırmaq;  
kameralara və qurutmaxanalara normadan artıq paltar asmaq;  
yağ və alışan mayelər hopmuş paltarı kameraya asmaq;  
paltarları kameraların qoruyucu torlarının üstünə yığmaq.  
4.  Kazarmalarda,  klublarda  və  istehsalat  binalarında,  eləcə  də  anbarların, 
parkların  ərazilərində  papiros  çəkməyə  ancaq  bunun  üçün  ayrılmış  və  xüsusi 
hazırlanmış yerlərdə icazə verilir. 
5. Dəhlizlər, keçidlər, əsas və ehtiyat çıxışları, pilləkənlər daim açıq saxlanmalı və 
başqa  şeylərlə  tutulmamalıdır.  Kazarmanın,  emalatxanaların,  klubların  və  başqa 
binaların qapıları bayıra açılmalıdır. Ehtiyat çıxış yollarını mismarlamaq qadağandır. 
6.  Yanğınsöndürmə  vasitələri,  su  hövzələri,  yanğın  hidrantları  və  kranları  saz 
olmalıdır, onların olduqları yerlər isə göstəricilərlə işarələnməlidir. 
Binalarda  və  obyektlərdə  yanğınsöndürmə  vasitələrinin  sayı  xüsusi  normalarla 
müəyyən edilir. Anbarların, parkların, anqarların ərazilərində və istehsalat binalarında 
yanğınsöndürmə vasitələri lövhələrdə saxlanmalıdır. 
7.  Telefon  aparatlarının  yanında  yaxınlıqdakı  yanğınsöndürmə  komandasının 
telefon nömrəsi yazılır, hərbi hissənin ərazisində yanğın həyəcanı siqnalı vermək üçün 
səs siqnalizasiyası vasitələri olmalıdır. 
8. Hər gün bütün emalatxanalar, saxlanclar, anbarlar, parklar, anqarlar və yanğın 
təhlükəsi olan başqa istehsalat binaları bağlanmazdan qabaq anbar, saxlanc, sex rəisləri, 
park  növbətçiləri  və  yanğın  növbəsi  nəfərləri  tərəfindən  yoxlanmalıdır;  aşkar  edilmiş 


bütün  çatışmazlıqlar  binalar  (saxlanclar)  bağlanana  qədər  aradan  qaldırılmalıdır; 
elektrik şəbəkələri isə bayır rubilniki ilə söndürülür. 
9.  Hərbi  hissələrdə  (bölmələrdə,  müəssisələrdə)  əlavə  yanğın  təhlükəsizliyi 
tədbirləri xüsusi əsasnamə, təlimat, nizamnamə və göstərişlərə uyğun həyata keçirilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin