Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Emalatxanalarda xüsusi yanğın təhlükəsizliyi tədbirləri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə107/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   103   104   105   106   107   108   109   110   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Emalatxanalarda xüsusi yanğın təhlükəsizliyi tədbirləri 
 
13. Tezalışan mayelərlə (ağ neft, benzin, aseton, spirt, nitratlı lak və s.) iş aparılan 
və  akkumlyator  batareyaları  doldurulan  binalar  xüsusi  ventilyasiya  ilə  təchiz 
olunmalıdır.  Elektrik  mühərrikləri,  çilçıraqlar  və  elektrik  paylayıcı  qurğular  elə 
hazırlanır  ki,  onlarda  partlayış  baş  verməsin.  Doldurma  aqreqatları  və  qaz  qaynağı 
aparatlarının generatorları ayrıca otaqlara qoyulmalıdır. Bu otaqlarda sobalar qurmaq 
qadağandır. 


14. Tezalışan mayelər ayrı, kip  bağlanan metal qablarda birgünlük tələbat üçün 
lazım  olan  miqdarda  saxlanılır  və  iş  qurtaran  kimi  onlar  xüsusi  anbar  binalarına 
aparılır. 
Maye  yanacaqla  işləyən  istehsalat  sobalarının  və  aqreqatlarının  işlədilən 
baklarının həcmi 1 kubmetrdən artıq olduqda ayrıca otaqda, 1 kubmetrdən az olduqda 
isə aqreqatdan ən azı 5 m məsafədə oda davamlı divarlar üstünə qoyulmalıdır. 
15. Silgi materiallarını, yağlı əsgi və cındırları yığmaq üçün qapaqlı metal qutular 
qoyulmalıdır. Bu qutular iş qurtaran kimi mütləq boşaldılmalıdır. 
Yağa  bulaşmış  iş  paltarı  istehsalat  binalarından  (sexlərdən)  kənarda  xüsusi 
şkaflarda  asılmış  şəkildə  saxlanılmalıdır.  İş  paltarının  ciblərində  yağa  bulaşmış  silgi 
materialı saxlamaq qadağandır. 
16. Sobaların qalanması emalatxanaların bağlanmasına 2 saat qalmış dayandırılır. 
İşlər  qurtaran  kimi  gün  ərzində  yığılmış  bütün  istehsalat  tullantıları  və  zibil 
emalatxana binalarından çıxarılmalıdır. 
 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin