Saxlancların içərisində elektrik rozetkaları qoymaq və xidmət yerləri düzəltmək
qadağandır.
23. Döyüş sursatı və partlayıcı maddələr saxlanılan və onlarla iş aparılan yerlərin
pəncərə şüşələri tutqun olmalı, yaxud ağ rənglə boyanmalıdır.
Döyüş sursatı və partlayıcı maddələr az müddətə belə günəş şüaları altında
saxlanmamalıdır.
Bütün saxlanclar, talvarlar, döyüş sursatı olan meydançalar, əsas və köməkçi
istehsalat sexləri, laboratoriyalar, yüksək gərginlikli elektrik xətləri və
yarımstansiyaları, qazanxana boruları, su qüllələri, yanacaq və sürtkü materialı və
hərbi əmlak anbarları ildırımötürən qurğularla təchiz edilməlidir.
24. Yanğın (partlayış) təhlükəsi olan saxlanclara odlu və soyuq silahla, yandırıcı
ləvazimatla və akkumlyator fənərindən başqa işıqlandırma cihazları ilə, eləcə də
müvafiq təlimatda göstərilməyən ayaqqabı ilə daxil olmaq qadağandır.
25. Tezalışan mayelər anbarı ancaq elektrik işığı ilə təchiz edilir ki, orada partlayış
baş verməsin.
26. Saxlancların ərazisində maye yanacaq yerə dağıldıqda onun üstünə dərhal
qum tökülməlidir.
27. Metal qabların tıxaclarını açarkən qığılcım saçan metal alətlərdən istifadə
etmək qadağandır. Onları açmaq üçün ancaq xüsusi açarlardan istifadə edilməlidir.
28. İş qurtaran kimi saxlancların elektrik şəbəkələri bayır rubilniki ilə söndürülür.
Dostları ilə paylaş: