Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


III. Hərbi hissələr yenidən tərtib olunarkən, Döyüş Bayraqlarının və fəxri adların



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə116/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   112   113   114   115   116   117   118   119   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
III. Hərbi hissələr yenidən tərtib olunarkən, Döyüş Bayraqlarının və fəxri adların 
verilməsi qaydası 
 
16.  Adının  və  nömrəsinin  dəyişməsindən  asılı  olmayaraq  hərbi  hissənin  Döyüş 
Bayrağı daimi olaraq onun özündə saxlanılır. 
Hərbi  hissə  yenidən  təşkil  edildikdə  adının  və  ya  nömrəsinin  dəyişməsilə 
nəticələnən  dəyişikliklər  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimantına  yuxarı 
komandir (rəis) tərəfindən yazılır və gerbli möhürlə təsdiq edilir. 


17. Hərbi hissələrin döyüş ənənələrini və döyüş xidmətlərinin xatirəsini qoruyub 
saxlamaq məqsədilə Döyüş Bayraqları və fəxri adlar başqa hərbi hissələrə verilə bilər. 
Bu  hallarda  Döyüş  Bayraqları  və  fəxri  adlar  ancaq  hərbi  hissələr  arasında  birbaşa 
varislik olduqda, yəni bir və ya bir neçə hərbi hissədən yeni bir hərbi hissə (hissələr) 
düzəldikdə verilir. 
Bir  hərbi  hissəni  başqa  hərbi  hissəyə  çevirdikdə,  çevrilən  hərbi  hissənin  Döyüş 
Bayrağı, onun təqdimatı və fəxri adları yeni yaradılan hərbi hissədə saxlanılır. 
Bir hərbi hissəni iki və daha artıq hərbi hissəyə çevirdikdə, çevrilən hərbi hissənin 
Döyüş Bayrağı, onun təqdimatı və Fəxri adları yeni yaradılan hərbi hissələrdən birində 
saxlanılır. 
İki  və  daha  artıq  hərbi  hissəni  bir  hərbi  hissəyə  çevirdikdə,  onlardan  birinin 
Döyüş Bayrağı, təqdimatı və fəxri adları yeni yaradılan hərbi hissədə saxlanılır. Qalan 
hərbi  hissələrin  Döyüş  Bayraqları  və onların  təqdimatları  müəyyən  edilmiş  qayda  ilə 
təhvil verilir. 
Texniki vəziyyətlərinə görə Hərbi Dəniz Donanmasından silinmiş gəmilərin fəxri 
adları  və  Hərbi  Dəniz  Bayraqları  yenidən  Hərbi  Dəniz  Donanmasına  daxil  edilmiş 
gəmilərə  o  şərtlə  verilə  bilər  ki,  silinmiş  gəminin  şəxsi  heyətinin  bir  hissəsi  yenidən 
daxil edilmiş gəmilərin şəxsi heyətinə verilmiş olsun. Belə halda fəxri adların və Hərbi 
Dəniz  Bayrağının  yeni  gəmiyə  faktiki  verilməsi,  fəxri  adların  və  Hərbi  Dəniz 
Bayrağının  məxsus  olduğu  gəmi  Hərbi  Dəniz  Donanmasının  Heyətindən  silindikdən 
sonra həyata keçirilə bilər. 
Yeni yaradılan hərbi hissəyə Döyüş Bayrağının və fəxri adların, yenidən qurulan 
gəmiyə  isə  fəxri adların və Hərbi Dəniz Bayrağının verilməsi  məsələsinə Azərbaycan 
Respublikası  Silahlı  Qüvvələrinin  Baş  Qərargahında,  hərbi  hissənin  yenidən  tərtib 
edilməsi,  yaxud  yenidən  qurulan  gəmi  ekipajının  tərtibi  məsələsi  ilə  eyni  zamanda 
baxılır və müəyyən edilmiş qayda ilə rəsmiləşdirilir. 
Döyüşlərdə  məhv  edilmiş  gəmilərin  döyüş  ənənələrini  qoruyub  saxlamaq 
məqsədilə onların fəxri adları və Hərbi Dəniz Bayraqları başqa gəmilərə onlar arasında 
birbaşa varislik olduqda verilə bilər. Bu halda fəxri adların və Hərbi Dəniz Bayrağının 
verilməsi  Hərbi  Dəniz  Qüvvələri  komandanının  vəsatətinə  əsasən  müdafiə  nazirinin 
əmri ilə yerinə yetirilir. 
18. Göstərdikləri qəhrəmanlıqlara görə müdafiə nazirinin əmri ilə hərbi hissələrin 
(gəmilərin)  siyahısına  əbədi, yaxud  fəxri əsgər kimi daxil edilmiş  hərbi qulluqçuların 
xatirəsini əzizləyib saxlamaq məqsədilə bu hərbi hissələr ləğv edildikdə və ya gəmilər 
Hərbi Dəniz Donanması heyətindən silindikdə onların soyadları, fəxri adların və Hərbi 
Dəniz Bayraqlarının verilməsi üçün 17-ci bənddə şərh olunmuş qaydada, varislik üzrə 
başqa  hərbi  hissələrin  və  gəmilərin  siyahısına  daxil  edilə  bilər.  Bu  halda  hərbi 
qulluqçuların  soyadlarının  hərbi  hissələrin  (gəmilərin)  siyahısına  əbədi,  yaxud  fəxri 
əsgər  kimi  daxil  edilməsi  müdafiə  nazirinin  və  ya  onun  müavininin  əmri  ilə  həyata 
keçirilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin